ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanın 16 bölgəsində gender əsaslı zorakılığa qarşı məlumatlılıq artırılacaq

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq 25 noyabr Qadın və Qızlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə başlayan və 10 dekabr Ümumdünya İnsan Hüquqları Gününə qədər davam edən illik kampaniyadır.
Qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qalır və hər 3 qadından 1-i bundan əziyyət çəkir. Bu rəqəm son on il ərzində əsasən dəyişməz qalıb.
2022-ci il kampaniyasının mövzusu isə belədir: “Birləşin! Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün fəallıq!”
BMT-nin Azərbaycandakı ailəsi bu kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcək.
Bu 16 gün ərzində biz Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq, zorakılıqdan əziyyət çəkənləri dəstəkləyəcəyik, qadınlara qarşı nifrətə yox deyəcəyik və dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik.
Gəlin qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutaq və səsimizi ucaldaq. Gəlin qadın və qızlara qarşı zorakılığa son qoyaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button