ArxivXəbər lentiXəbərlər

Ermənistandakı AES nəyə görə böyük güclərin yadından “çıxıb”?

Rövşən Əhmədli: “Ermənistandakı nəinki AES-ə, həmçinin bu dövlətin qəsb elədiyi ərazilərdəki varlığı və törətdiyi cinayətlər heç bir beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməyib”

Bu gün dünyada bəşəri təhlükə sayılan nüvə silahına bir çox ölkələr sahibdirlər. Məlumdur ki, Atom Elektrik Stansiyaları sayəsində nüvə başlıqları istehsal etmək mümkündür. Bir çox dövlətlər AES-lərdən enerji mənbəyi kimi istifadə etsələr də, texnalogiyanın sərhədsizliyindən faydalanaraq nüvə silahına sahiblənən ölkələr də az deyil. Bu cür ölkələr bəşəri təhlükə sayılan nüvə silahına yiyələnməklə dünyaya sanki əzələ nümayiş etdirirlər. Yaxın tarixə nəzər yetirsək ABŞ-ın İkinci Dünya müharibəsinin sonlarına yaxın Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atdığını və bunun nəticəsində həmin ərazilərin indi də xarabalığa çevrildiyini görə bilərik. Bundan başqa Yaponiyada Atom Elektrik Stansiyalarında baş verən sızmalar da böyük təhlükə yaratmışdı. Lakin Yaponiya hökumətinin vaxtında tədbirlər görməsi, baş verə biləcək faciənin qarşısını aldı. Bu gün bəzi ölkələr var ki, ərazilərində fəaliyyət göstərən AES-lər istismar müddətini başa vurmaq üzrədir. Sovet hökuməti tərəfindən Ermənistan ərazisində tikilən Metsamor Atom Elektrik Stansiyasının da 4 əsas təhlükə mənbəyi mövcuddur. Ermənilər stansiyanın adından istifadə edərək ölkəyə nüvə maddələrinin gətirilməsini leqallaşdırıb, daha sonra onu terror təşkilatlarına satırlar. İkincisi, özlərinin də etiraf etdiyi kimi, həmin maddələrdən “çirkli bomba” hazırlayırlar. Üçüncüsü, stansiyanın nüvə tullantılarını ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında basdırırlar. Dördüncüsü isə Metsamor AES-in özü müasir təhlükəsizlik standartlarına cavab vermədiyindən bütün region üçün böyük təhlükə mənbəyi hesab edilir. Bütün bunlara rəğmən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ermənistan AES-də bu günə qədər heç bir təftiş və yoxlamalar aparmayıb. Lakin qonşu dövlət olan İranın enerji mənbəyi üçün Atom Elektrik Stansiyasının imkanlarından istifadə etməsi ABŞ və Qərbi bu dövlətə qarşı qoydu. İrana qarşı sanksiyalar tətbiq olundu və beynəlxalq miqyasda təzyiqlər artdı.

Bəs görəsən Ermənistana qarşı bu cür təzyiqlərin olmamasının səbəbləri nədir?

İslaminSesinin sualını Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli cavablandırıb. Ekspert bildirib ki, Ermənistandakı nəinki AES, həmçinin bu dövlətin qəsb elədiyi ərazilərdəki varlığı və törətdiyi cinayətlər heç bir beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymətini almayıb. Ona görə də, bu təşkilatların region üçün əsl təhlükə mənbəyi olan Ermənistan AES-in fəaliyyətinə də göz yummaqları təəccüblü deyil: “ Burada haqq və hüquqdan deyil, yalnız maraqlardan söhbət gedir. Belə çıxır ki, ABŞ və Qərbin bu regiondakı maraqları bilavasitə müsəlman ölkələrinin maraqları ilə üst-üstə düşmür. Xristian təəssübkeşliyi bu məsələdə də, öz sözünü deyir”.

Rövşən Əhmədlinin sözlərinə görə, saxta ittihamlarla , kütləvi qırğın silahı adı altında istədiyi ölkələrə nüfuz edən ABŞ və Qərbin məkrli niyyəti sonrakı mərhələlərdə özünü göstərir: “ İndiki halda isə Ermənistan qondarma dövlət olaraq yaranıb, tarixən qonşu ölkələrə təhlükə törətdiyi kimi onun ərazisindəki AES də, region üçün fəlakət yarada biləcək həddədir. Lakin müəyyən maraqlar naminə Beynəlxalq Atom Agentliyi və digər qurumlar bu təhlükəyə göz yumurlar. Hər halda region dövlətləri bu məsələyə ciddi təpki göstərməlidirlər və Ermənistan AES-in fəaliyyəti mütləq dayandırılmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button