AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda Youtube kanalları rövnəqlənib

Azərbaycan Respublikasında hökumətin misli görünməyən tərzdə KİV-ləri bağlaması, televiziya kanalları, qəzetlər və internet saytlarına tamamilə nəzarəti ələ alması və bu ölkənin televiziya kanallarının əyləncə proqramlarına məşğul olması səbəblərindən “Youtube”-də siyasi və dini kanalların fəaliyyəti rövnəqlənmişdir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycan Respublikasında siyasi sahədə fəaliyyət göstərən onlarla Youtube kanalı istifadəçisi izləyicilərə öz sözlərini çatdırmaq üçün dialoq təməlli proqramlar yayımlayaraq bu ölkəyə hakim siyasətləri tənqid edirlər.

Bu siyasi yönümlü kanallar arasında “Azərbaycan saatı”, “Kanal 13”, “Natiq Ədilov”, “Azad söz”, “Reaksiya TV” “Kompramat TV” ən çox izləyicisi olan kanallardandır.

Habelə, din sahəsində Azərbaycan Respublikasında onlarla Youtube kanalı fəaliyyət göstərir və mübarək Ramazan ayında bu kanallar daha da rövnəqlənmiş və bu ölkənin ən çox izləyicisi olan mediasına çevrilmişdir.

Din sahəsində fəaliyyət göstərən kanallar arasında “Müsəlman Xalq”, “Ar-Rad”, “Təqva TV”, “Xətib TV”, “Ocaqnejad.net” kanalları ən çox izləyicisi olan kanallardandır.

Dialoq təməlli siyasi və dini proqramlarla çıxış edən internet kanallarının çoxluğu Azərbaycan Respublikası xalqı üçün yeni bir hadisədir və bu ölkədə media rəqabətini çox çətinləşdirmişdir.

Digər tərəfdən Azərbaycan Respublikasında siyasi və dini proqramlarla çıxış edən internet kanallarının çoxluğu səbəb olmuşdur ki, bu ölkədə ictimai rəyə  mərkəzləşdirilmiş istiqamət vermək hökuməti tənqidçisi olan heç bir siyasi və dini qüvvənin ixtiyarında olmasın və hökumət bu durumdan istifadə edərək ictimai rəyin böyük hissəsini televiziyadan əyləncə verlişlərinin yayımlanması ilə qatmağa səy edir və multikulturalizm adlandırdıqları siyasəti xalqın beyninə yeritmək istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button