ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda xalqa qayğı göstərən yoxdur

Azərbaycanın istənilən radikalizmdən (dini, ideoloji (ifrat millətçilik. ifrat sağçılıq və ya ifrat solçuluq)) sığortalanmasının yeganə yolu millətin elmli, təhsilli, eləcə də sosial cəhətdən təminatlı olmasından keçir. Baxın, 1-5 yaşlı uşaqların yalnız 32 faizi məktəbəqədər təhsilə cəlb olunub, məktəbə məktəbə 1 il və daha artıq gec gedənlərin, yuxarı siniflərdə təhsildən yayınların, xüsusilə də qızların sayı, maddi səbəblərdən övladlarını məktəbə buraxmayan ailələrin, pambıq əkini genişləndirilməyə başlayandan təhsildən yayınıb valideynlərə kömək edən uşaqların sayı ldən ilə artır. Bununla yanaşı təhsilin keyfiyyəti də aşağı düşür. Orta təhsili hələ də evlərdən məktəbə qaytara bilmirik. Bütün bunlarla yanaşı xüsusilə də istehlak qiymətlərinin bahalaşması ucbatından yaşam şərtlərinin pisləşməsi, işsizlik və yoxsulluğun effektiv sığorta sisteminin qurulmaması, sosial müdafiə və təminatla əhatə olunan uşaqların və həssas qrupların sayının aşağı olması, korrupsiyanın inkişafı radikalizmin inkişafı üçün əlverişli mühit yaradır.
Baxın, müqayisələrə diqqət edin. Azərbaycanda səhiyyə xidməti istisna olmaqla hökumətin ən azı bir sosial müdafiə tədbirindən vətəndaşların cəmi 39 faizi, Ermənistanda 54 faizi, Türkiyədə 80 faizi, Gürcüstanda 97 faizi, Qazaxıstanda isə 100 faizi yararlanır, Azərbaycanda uşaqların 16.9 faizi, Ermənistanda 30 faizi, Gürcüstanda 48 faizi, Qazaxıstanda 57 faizi sosial müdafiə tədbiriylə əhatə olunur.
29 ildir ki, ölkədə siyasi hakimiyyət azad təşəbbüskarlıq və təsərrüfatçılıq boğur, dövlət rəqabəti dəstəkləmədiyindən sahibkarlar üçün əlverişli biznes şəraiti yoxdur, qiymətli kağızlar, səhm bazarı inkişaf etməyib, yeni mülkiyyətçilər, səhmdarlar sinfi formalaşmayıb, cəmiyyətdə orta təbəqə formalaşmayıb, əhalinin əksəriyyətinin dolanışığı pisləşib, ifrat sosial qütbləşmə yaranıb. Bütün bunlar ölkədə təhlükəli vəziyyət yaradıb.
Çıxış yolu təhsilin və elmin əlçatanlığının və keyfiyyətinin artırılmasında, demokratik institutların yaranmasında və rifah cəmiyyətinin formalaşdırılmasındadır. Bütün bunları isə siyasi gücünü xalqdan alan hakimiyyət edə bilər.

azadliq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button