ArxivIslamXəbər lentiXəbərlər

AİP funksioneri millət vəkilinin İslam həqarətinə cavab verdi

Akif Heydərli:” İslamın tərəqqi dini olmasını həm İslam alimləri, həm də Qərb və dünyanın tanınmış filosofları təsdiq edirlər”.

“Ağacan Əbiyev bilsə idi ki, İslam dini ilk növbədə əxlaqdır, o özünü cəmiyyətdə biruzə verməzdi. Bu norma həm də İslamı qəbul etmiş müsəlmanlar üçün belədir. Odur ki, məndə Ağacan Əbiyevin bu inanca mənsubluğu böyük şübhə doğurur”.

İslaminSesi xəbər verir ki, bu sözləri, AİP funksioneri Akif Heydərli, Milli Məclisin İntizam Komisiyasının sədri Ağacan Abıyevin İslam dinini aşağılayan fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib: AİP funksionerinin sözlərinə görə, Ağacan Əbiyev bilsə idi ki, İslam dini ilk növbədə əxlaqdır, o özünü cəmiyyətdə biruzə verməzdi: “Bu norma həm də İslamı qəbul etmiş müsəlmanlar üçün belədir. Odur ki, məndə Ağacan Əbiyevin bu inanca mənsubluğu böyük şübhə doğurur”.

Akif Heydərli bildirib ki, dinimizdə insanla digər canlıları fərqləndirən bir çox amil var: “Onlardan biri də düşünmək qabiliyyəti və düşüncə tərzidir. Bəzən bu qabiliyyət Adəm övladının simasında və digər cizgilərində özünü göstərir. Bu müqayisəni buraxıram cəmiyyətin öhdəsinə. Amma İslamın tərəqqi dini olmasını həm İslam alimləri,həm də Qərb və dünyanın tanınmış filosofları təsdiq edirlər. Bəs görəsən bu düşüncə tərzi Ağacan Əbiyevdə haradandır? Ümumiyyətlə görəsən o, düşünürmü?

Bilirəm ki, din , İslam sağlam cəmiyyət deməkdir. Belə olmadıqda hansı inkişafdan, əxlaqdan, elmi tərəqqidən söhbət gedə bilər?” Cəmiyyətin təbiətlə vəhdətindən elmi-texniki tərəqqi vüsət alır. Bu vəhdəti, bu nizamı, ən müasir kəşflər üçün real nümunələri İslam dini, Qurani-Kərim çatdırmırmı? Kimsə nəyisə anlamırsa, daxili təlatümünə səbəb olan nəfsinə quldursa, günahını deyil, çarəsini islamda və Quranda axtarmalıdır”. Akif Heydərli fikirlərini davam etdirir: “Ağacan Əbiyev qeyd edir ki, İslam yaranandan, Məhəmməd peyğəmbər ortaya çıxandan bəri İslam hansı elmi-texniki tərəqqiyə, hansı elmi kəşfə imza atdı?. Qəflət bir tək isti yorğan və ya başqa örtüklərin altında deyil. Bu qara pərdələr insanın ruhunu bürüyəndə düşünə bilmir. Bilmir ki, İslam insanı, onun dəyərini, gücünü, qabiliyyətini kəşf edib özünə qaytardı, yaratmağa sövq etdi. Hətta həddini aşmağa cürət edənlərin də aqibətini digərlərinə göstərdi. Məni isə A. Əbiyevin söylədikləri yox, özü kimi sələf yetişdirə biləcəyi narahat edir. Təəccübləndirən məqam isə odur ki, Ağacan Əbiyev Milli Məclisin İntizam, başqa sözlə “əxlaq” Komisiyasının sədridir. Hansı dəyərlə”?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button