ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda siyasi etirazların yeni dalğası başlandı

Azərbaycan Respublikasında hökumətə qarşı siyasi etirazlarının yeni mərhələsi mayın 14-də Bakıda nümayişlərlə başlayıb.

Fəvvarələr meydanında bəzi ictimai-siyasi fəallar və jurnalistlər aksiya keçiriblər. Etirazlar blogerlərin və YouTube kanal sahiblərinin çağırışı əsasında başlayıb və Ermənistanda mütəşəkkil siyasi və rəsmi partiyaların təşkil etdiyi etirazlardan fərqli olaraq, Bakıda keçirilən küçə etirazlarında partiya rəhbərliyinin rolu olmayıb.

Nümayişçilər arasında Bəxtiyar Hacıyev, Tovfiq Yaqublu və Rüfat Səfərov kimi bəzi ictimai fəallar və müxalif partiyaların təmsilçiləri də olub.  

Bakıda nümayişçilər “Kriminal dövlət istəmirik”, “öldürmə ədaləti, dayandır cinayəti”, “korrupsiyaya və ictimai əmlakın talanmasına son qoyun” və “İstəmirik” kimi şüarlar səsləndiriblər.

Məlumatda qeyd olunur ki, polisin nümayişçilərin hərəkətinə mane olmaq istəsə də, bir neçə nümayişçinin döyülməsinə və bir neçə müxbirin saxlanmasına baxmayaraq, etirazçılar polis səddini keçərək hərəkətlərini davam etdirə biliblər.

Bu nümayiş son illərin, xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonra ən ciddi etiraz aksiyası hesab olunur. İnsanların iqtisadi və dolanışıq problemlərinin kəskinləşməsi də etirazlarda mühüm rol oynayır.

Qeyd edək ki, bir neçə gün qabaq jurnalist Aytən Məmmədovaya qarşı hücum olub. Aytən Məmmədova bu hücumu özünün peşə fəaliyyəti ilə əlaqələndirir. Bir müddət əvvəl isə ictimai fəal Bəxtiyar Hacıyev naməlum şəxlər tərəfindən oğurlandığını açıqlayıb.

Bundan sonra bəzi ictimai fəallar – hüquq müdafiəçiləri, jurnalistlər, siyasətçilər tələb ediblər ki, hakimiyyət tənqidçilərinə qarşı zorakılığa son qoyulsun və bu zorakılığa yol verənlər cəzalandırılsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button