AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycanda şiələr həbs edilir, vəhabiliyə və nurçuluğa meydan verilir – Təhlil

 

Qafqaz Həqiqətləri – Heç bir şübhə yoxdur ki, Azərbaycan Respublikasında şiəlik Qarabağ müharibəsindən sonra sıxışdırılıb və eyni halda vəhabilər və nurçular bu ölkədə cövlan edirlər. Ötən həftə Azərbaycan Respublikasında bir neçə ildir vəhabi mərkəzi kimi tanınan və fəaliyyət göstərən Bakının Qaraçuxur kəndinin küçələrindən birində vəhabilər tərəfindən cümə namazının təşkilini göstərən videonun yayılması, yenidən həyəcan təbilini çaldı. Halbuki, vəhabilər həmin günlərdə Müşfiqabad kəndindəki məsciddə İslam Peyğəmbərinin (s) sevimli qızı həzrət Fatimə-Zəhranın (ə) şəhadət mərasiminin keçirilməsinə kobud şəkildə mane oldular.

Qaraçuxurda vəhabilərin cümə namazı elə bir vaxtda baş tutur ki, korona xəstəliyi bəhanəsi ilə Azərbaycan Respublikası şiələrinə nəinki bu cür toplantılar qadağan edilir, üstəlik, məsum imamları (ə) və İslam Peyğəmbərinin (s) əhli-beytini tanıtmaq üçün video-çarx hazırlanıb kiberməkanda dərc edilməsi də hökumətin hücumuna məruz qalır, klipi yaradanlara təzyiqlər göstərilir, cəzalandırılır.

“Qaraçuxur” vəhabilərinə meydan verilməsi “Nardaran” şiələrinin 2015-ci ildən bəri həbsdə olduğu bir şəraitdə baş tutur. Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə, Hacı Elşən Mustafayev kimi şiə din xadimləri və fəalları, onlarla, hətta yüzlərlə Azərbaycan Respublikası vətəndaşı sırf şiə əqidəsini ifadə etdiklərinə görə həbs edilərkən, Qamət Süleymanov, Əlixan Musayev, Əli Qənbərov kimi vəhabi fəalları, Elşad Miri, Fazil Mustafa kimi nurçular, yüzlərlə, minlərlə tanınmış ateist və sionistlər Azərbaycan Respublikasının KİV-lərində cövlan edirlər, zülmə məruz qalmış şiələrin əqidəsinə qarşı çıxırlar və cəfəng sözlər danışırlar.

İş o yerə gəlib çatıb ki, Suriya, İraq və Türkiyədən qayıdaraq Azərbaycana toplaşmış vəhabilər, ikinci Qarabağ müharibəsinin qızıl fürsətindən istifadə edirlər, belə ki, qeyrətli şiə gəncləri vəhabilərin ədəbsiz hərəkətlərinə hətta sosial şəbəkələrdə məntiqli cavab verəndə belə, ölüm riski ilə üzləşirlər.

Keçən ilin noyabr ayında Qarabağ müharibəsindən sağ çıxan, döyüşçü Natiq Ramazanov adlı azərbaycanlı dindar gənc Tik-Tak sosial şəbəkəsində vəhabi cəfəngiyyatına və təhqirlərinə cavab verdiyi üçün vəhabilərin insanlıqdan uzaq hücumuna məruz qalaraq şəhid oldu. Vəhabilər bu hərəkətləri ilə Azərbaycanın bütün cəmiyyətinə xəbərdarlıq etdilər.

İkinci Qarabağ müharibəsindən sonrakı ötən bir ildə sionizm və pantürkizmin özlərini açıq şəkildə bu müharibənin əsas qalibi hesab etdiyi bir vaxtda bu ölkədə Əhli-beyt (ə) Hüseyniyyəsi kimi şiə təbliğatının əsas mərkəzləri və həqiqi şiəliyi təbliğ edən “Dəyərlər” və “Maidə” kimi az sayda olan saytlar da hökumət tərəfindən bloklanıb.

Bu arada Azərbaycanda yəhudi sinaqoqları, vəhabilərin toplanma mərkəzləri və nurçuların iclaslarının rövnəqlənməsi artır.

Kommunistlərin hakimiyyəti dövründə Azərbaycan şiələri ən şiddətli hücumlara məruz qalsalar da, düşmənlərinə qarşı çox ciddi müqavimət göstərmişdilər. İndiki dövrdə isə Azərbaycan şiələrinin düşmənləri əvvəlki dövrlərdən aldıqları dərs və təcrübələrə əsasən, bu ölkədəki əsl şiələri yalnız xarici hücumlarla məhv etmək məqsədi güdmürlər, eyni zamanda şiəliyin öz içindən də ona hücum etmək üçün mexanizmlər hazırlayıblar. O cümlədən, sionizm, pantürkizm və nurçuluğun dəstək verdiyi “Azərbaycan islam modeli və multikulturalizm” sisteminin uğuru olaraq, əsl şiəlik daxilində yetişmiş çoxlu ruhani, məddah və fəalları cəlb etməklə və aldatmaqla, ölkədə din üzərində hakimiyyətlərini möhkəmləndirmişlər. Fitnə xarakterli planlaşdırılan və icra edilən ikinci Qarabağ müharibəsi Qarabağda erməni separatizinə son qoymadı və üzdə Azərbaycan ərazisinin yalnız bir hissəsini işğaldan azad etdi, lakin bu müharibə ölkə əhalisinin çoxunu aldada bildi. Qabaqcadan qurulmuş bu plan Azərbaycan şiələrinə tarixin ən ağır şəraitini yaratmışdır.

Bu vəziyyətdən xilas olmaq təkcə Azərbaycanda həqiqi şiəlik prinsiplərinə arxalanaraq, onların təhrif və sapınmasının qarşısını almaqla deyil, həm də Qum və Nəcəfdə dini mərcələrə və şiə aləminin rəhbərlərinə dəqiq və düzgün məlumat çatdırmaqla, onlardan çıxış yolu, mövqe və istiqamətləndirmə istəməklə mümkündür. Təəssüf ki, media və müvafiq qurumlar bu məsələdə çox zəifdir və uğursuz əməl edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button