ArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanda şəhid ailələrinin şəhidlər ağası İmam Hüseynə (ə) əza saxlamalarına qadağalar tətbiq olunur FOTO VİDEO

Qafqaz.ir yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanda şəhid ailələri öz şəhid övladları üçün saxamaq istədikləri İmam Hüseyn (ə) əza mərasimlərinə kobud müdaxilələr davam edir. Sosial şəbəkələrdə yayılan bir sıra görüntülərdən birində şəhid anaları və bacıları bu qadağalara etiraz edir.

Başqa bir görüntülərdə isə Azərbaycan polisi öz şəhidinin adına İmam Hüeyn (ə) ehsanı verən şəhid ailəsinə qarşı hörmətsizlik edir, Azərbaycan şəhidinin plakatını yerə atır və s. Görüntülərdən də anlaşıldığı kimi, paytaxt Bakıda baş vermiş hadisədə Azərbaycan Şəhidi adına verilən İmam (ə) ehsanın qarşısı alınır.

Avqustun 13-də isə belə təhqiramiz hadisələrdən biri Lənkəranın Sutəmurdov kəndində yaşanıb. Şəhid ailəsi öz evində şəhidləri Məşhədi Rəşid Məmmədovun adına İmam Hüseyn (ə) məclisi qurub. Əza məclisi sırf xanımlara iad olub, buna rəğmən Lənkəran polisinin əməkdaşları Şəhidin evinə girərək İmam Hüseyn (ə) məslisini dağıdıb, şəhid ailəsinə qarşı hörmətsizlik edib.

Baş vermiş hadisə zamanı şəhid ailəsini müdafiə edən qonşu gənc Ramal Zinharoglu polis tərəfindən saxlanılıb, daha sonra gənc 25 sutka həbsə məhkum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button