ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatı üzvünün məhkəməsi başlayacaq

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Hümbətovun məhkəməsi başlayacaq.

Bu barədə RAKURS.tv-yə onun yaxınları məlumat verib.
Məhkəmənin ilk açılış iclası 4 oktyabr saat 12:15 də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Karlar oğlu Hümbətov 7 İyul 2021-ci ildə saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülmüşdü.
Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçmişdi.
Qeyd edək ki, Razi Hümbətov yaşadığı ərazidə narkomaniyaya qarşı fəal mübarizə aparması ilə tanınırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button