ArxivXəbər lentiXəbərlər

Qeyri-sağlam qida insana tütündən də zərərdir

Zərərli qida tütündən çox insan ölümünə səbəb olur. FaktXeber.com-un The Guardianso –ya istinadla verdiyi məlumatına görə, Amerikanın Sağlamlıq Göstəriciləri və Qiymətləndirmələr İnstitutundan alimlər belə bir qənaətə gəliblər.
Alimlər bildirir ki, 2017-ci ildə bütün dünyada zərərli qidalardan 11 milyon insan həyatını itirib. Halbuki tütün istifadəçiləri üçün bu göstərici 8 milyon idi. Pis qidalanma ilə əlaqələndirilən ölümlər ürək tutması və insultdan baş verir.
Zərərli qidaların ölümlə nəticələnməsinin əsas səbəbi orqanizmdə vacib olan vitamin və mineralların çatışmazlığıdır. Sözügedən maddələr isə ilk növbədə meyvə və tərəfəzlərdə mövcuddur. Bu komponetlərin çatışmazlığı vaxtında əvvəl ölməyə gətirir.
Buna görə mütəxəssislər daha çox meyvə, tərəfəz, toxumlar, qoz-fındıq, dəniz məhsulları qəbul etməyi və duzdan istifadəni, həmçinin qırmızı ət və şirin içkilərin istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button