ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası xalqa müraciət etdi

Azərbaycan İslam Partiyası Qarabağ Komitəsinin 29 sentyabr 2018-ci il tarixinə təyin etdiyi mitinqdə iştirak etməklə bağlı qurumun üzvlərinə və bütövlükdə xalqa maraciət edib.

Qurumun mətbuat xidmətindən FaktXəbər-ə daxil müraciətdə deyilir:

“Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağ və ətraf yeddi rayon 25 ildən artıqdır ki, yağı ermən düşmənlərinin işğalı altındadır. Qəsb olunmuş ərazilərdə, rayon və şəhərlərdə maddi-mənəvi-tarixi abidələr dağıdılıb, təbiətə, təbii sərvətlərimizə böyük miqdarda ziyan vurulub. Erməni silahlı quldurları xalqımıza Xocalı soyqırımı kimi bir unudulmaz faciə gətirib. Real vəziyyəti başa düşərək Qarabağın azad edilməsinin ümumxalq hərəkatına çevrilməsi günümüzün aktual məsələsinə çevrilmişdir. Məhz Qarabağ Komitəsinin təyin etdiyi  mitinq bu məqsədə xidmət edəcək. 

Xalqın azadlığı onun Vətəninin təhlükəsizliyi, torpaqlarının bütövlüyü və toxunulmazlığı ilə şərtlənir. Bu müqəddəs amil uğrunda siz əzizləri, bütün xalqımızı birliyə və bir yerdə “Məhsul” stadionunda 29 sentyabr tarixində keçiriləcək ümumxalq mitinqinə dəvət edirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button