ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həmas: Netanyahunun təslimdən başqa çarəsi yoxdur

Həmasın yüksək rütbəli rəsmisi sionist rejim baş nazirinin müqavimətin tələbləri qarşısında təslim olmaqdan başqa bir çarəsi olmadığını vurğulayaraq deyib: Cinayətkar baş nazirlə birlikdə müharbəsevər komandanları yalançılıqla sürdükləri siyasətlərinə rəğmən, faşistik məqsədlərindən birinə də yetişə bilmədi və artıq müqavimətin qarşısında təslim olmaqdan başqa çıxış yolları qalmayıb.
Üsamə Həmdan bu gün (3 fevral) çıxış edərək deyib: Qəzzəyə edilən təcavüzlərdən 120 gün keçsə də mübariz xalqımız müqaviməti ilə dünyaya nümunə olmaqdan usanmır.
Üsamə Həmdan həmçinin Parisin müharibənin dayandırılması üçün 3 maddəli təklifi barədə deyib: Sionist hərbçilərin geri çəkilməsi, Qəzzənin mühasirədən çıxması və fələstinli didərginlərin məskənlə təmin olunması təqdirində bu təklif qəbul oluna bilər.
Həmdan söhbətinin sonunda vurğulayıb ki, girov mübadiləsi yalnız və yalnız qəzzəlilərin əziyyətinin bitməsi şərtilə həyata keçə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button