ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda dini fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib

məhkəmə Razi Hümbətovu narkotika dovriyəsində ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Hümbətov özünü təqsirli bilməyib. Müdafiə tərəfi də hökmü qanunsuz hesab edib.

Vəkil Cavad Cavadov bildirib ki, Hümbətova qarşı məhkəmə istintaqı zamanı səhih sübutlar təqdim olunmayıb. Müdafiə tərəfi apellyasiya verəcək.

Polis Hümbətovu dəstəkləmək üçün məhkəməyə gələn “Müsəlman Birliyi” Hərəkatının ona yaxın tərəfdarını saxlayıb.

Hümbətov 2021-ci il iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Üç gün sonra vəkil öyrənə bilib ki, hələ 8 iyula qədər Nərimanov Rayon Məhkəməsi onu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edib.

“Müsəlman Birliyi” Hərəkatı Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, həmçinin gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəsi ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri Razi Hümbətovu siyasi məhbus kimi tanıyıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button