ArxivIslamXəbər lentiXəbərlər

Gəncədə Şah Abbas məscidində azan verilməməsinə aydınlıq gətirilib

HEDEF14.az-ın verdiyi xəbərə görə, Gəncənin Şah Abbas məscidində dünən axşam və bu gün azan verilməməsinin səbəbi açıqlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev bildirib ki, buna səbəb azanın səsləndirildiyi qurğunun xarab olmasıdır.

Şöbə müdiri qeyd edib ki, dini icma tərəfindən həmin qurğu təmirə göndərilib və artıq bərpa olunub: “Səsgücləndirici qurğu sıradan çıxdığı üçün bu gün səhər və günorta namazlarında azan səsləndirilməyib. Heç bir problem yoxdur, bu gün axşamdan məsciddə azan veriləcək. Sadəcə, bəzi dindarlar bundan xəbərsiz olduqlarına görə narahatlıq keçirmişdilər, biz də onları məlumatlandırdıq”.

Qeyd edək ki, yerli əhali Gəncə İcra Hakimiyyəti başçıcı Elmar Vəliyevin göstərişi ilə azan verilməsinin qadağan edildiyini deyirdilər. Gəncədən olan inanc əhli dünəndən etibarən bu barədə ictimaiyyəti məlumatlandırıb və sözügedən hadisə geniş rezonans doğuraraq təpki ilə qarşılanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button