ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda Əhli-Beytə olan sevgi kimləri narahat edir?

SəhərAzəri-nin məlumatına əsasən, Sfera.az-a açıqlamasında Elşad Miri Məhərrəm ayının ərəblərə xas olduğunu qeyd edərək öz fikirlərini belə əsaslandırıb: “Bizdə yanvar ayı, yəni xristianların milad ayı başlayanda xristianlar kilsəyə gedib ayboyu mərasim düzənləyir? İstər Məhərrəm, istərsə də Səfər, Ramazan ayları ərəblərin təqviminə görədir. Niyə biz bu ayları müqəddəsləşdiririk?”.

O, məsciddə ibadət etməyin nümayiş xarakterli olduğunu da qeyd edib: “İbadətdə əsas odur ki, bu əməl ürəkdən gəlsin, həqiqi olsun. Yoxsa, məscidə gedib, ibadət edib özünü orada başqalarına nümayiş etdirmək nəyə gərəkdir?”

Qeyd edək ki, Azərbaycan Respublikasında şiəlik mənsubiyyətinin əhali arasdında geniş yayılması və bunun Vətən müharibəsində öz təsirini göstərməsi bəzi ateist təfəkkürlü şəxsləri narahat etməyə başlayıb və onlar Qarabağın azad olunmasında dini inancın heç bir rol oynamadığını cəmiyyətə təlqin etməyə çalışırlar. Əlbəttə ki, bu kimi iddialar cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul olunmur və bütün Qafqazın Şeyxi də son açıqlamasında buna eyham vurararaq Aliməqamlı təqlid mərcəyi Ayətullahül-üzma Xamenei həzrətlərinin dini inancdan mənşə alan fətva verməsini Azərbaycanı qələbə qovuşduran və Azərbaycan qoşunlarına stimul verən mühüm hadisə kimi səciyyələndirdi. Bir gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəmlik ayının başlanması ilə əlaqədar yaydığı bəyanatda deyilir: Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və  səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olmuşdur. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button