ArxivXəbər lentiXəbərlər

“Dəmirbank”dan sonra növbə kimindir?

Ölkədə “bank böhranı” davam edir. “Dəmirbank”ın bağlanmasından sonra diqqət digər banklara yönəlib. Heç kimə sir deyil ki, kiçik banklar ziyanla işləyir. Məsələ ilə bağlı tanınmış iqtisadçı-ekspert Qubad İbadoğlu özünün feysbuk divarında bağlanmaq təhlükəsi olan bankların siyahısını dərc edib. Yazını oxucularımızın diqqətinə çatdırırıq:

Ötən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir. Ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub. Beləliklə də son 1 il 9 ayda ən çox ziyan Accessbankda (127,5 milyon manat), Bank of Bakuda (69,6 milyon manat), Unibankda (39,2 milyon manat), Bank Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və Dəmirbankda (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan Dəmirbankın lisenziyası geri alınıb.

Cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri Amrahbankda 10,3 %, Muğanbankda 12,5 %, Unibankda 16,9 %, Accessbankda 19,2%, Bank of Bakuda 21,1%, Bank Respublikada 22,1 %, Nikoil Bankda 23,5 %, Azər Türk Bankda 63,4 % azalıb. Hesabat dövründə bank kapitalının dəyərini AccessBank 6,8%, Azər Türk Bank 7,5%, Amrahbank 15,3%, Bank of Baku 19,9%, AFB Bank 21,4%, AGBank 21,9 %, Unibank 37,8% itirib. Məlumat üçün qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankı, Günay Bank və Naxçıvanbank dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button