Xəbərlər

İlham Əliyev yenidən prezident olacaqmı

Bunlar hökümət yox mafiyadırlar.

Hardadır bu vicdan və insaf ki, İlham Əliyevdə kor olmuş gözlərini aça bir dəfədə hər gün əzdiyi, qanını sorduğu xalqına nəzər edə.

Uzun illərdən bəri Azərbaycanda zülm və zillət hökm sürür. Amma respublikamızın vətəndaşları sanki, heçnə olmamış kimi səsini belə çıxarda bilmir. İnsanlara hər gün, hər saniyə əzab verilir, işgəncələr olunur.

Ölkə əhalisi isə hələdə qış yuxusundan ayılmaq istəmirlər. Bəs bütün baş verənlərin zülm və işgəncələrin arxasında dayananlar, onların səbəbkarları kimlərdir? Hamıya bəllidir ki, Əliyevlər sülaləsi və onların tör-töküntüləri Heydər Əliyevin xalqımızın başına hördüyü corabdan danışmaqla sözümün əsas qayəsini aradan aparmaq istəmirəm. Çünki, artıq gecdir Heydər Əliyevdən söhbət açmaq. O artıq yoxdur! Lazımı cəzasını almaqdadır, millətə etdiklərini əvəzini verməkdədir. Haqqın dərgahında.Amma etdiyi işgəncələr isə hələdə davam etməkdədir. Özündən sonra daha pis bir hakimi xalqın başına çıxartmaqla. Bu hakim əxlaqca, mənəviyyatca sələflərini geridə qoyan qumarbaz prezident İlham Heydər oğlu Əliyevdir.

İlham Əliyev artıq bir çox fırıldaqlıqlar və oyunlar nəticəsində iki dəfə prezident seçilməyə nail olub. Əlbəttə ki, İlham Əliyevi prezident seçən xalq yox, xidmət etdiyi ağaları başa gətiriblər. İlham Əliyev 10 ildir prezidentdir. Bu illər ərzində xalqın yaddaşında qalanlar isə onun nankorluğu, alçaqlığı və dinsizliyidir. 10 il prezidentliyi ilə kifayətlənməyən hazırki diktator yenədə xalqa hakimlik etmək üçün tamahını gizlədə bilmir. Hər nə olursa olsun iştahasının gücü
” İlham Əliyev 10 ildir prezidentdir. Bu illər ərzində xalqın yaddaşında qalanlar isə onun nankorluğu, alçaqlığı və dinsizliyidir. “
ilə yenidən prezident olmaq istəyir. Amma niyədə olmasın ki, bu qədər yatmış öz haqqını tələb etməyi bacarmayan Azərbaycan respublikası vətəndaşlarını idarə etməyə nə varki?

Azərbaycan əhalisini nə qədər əzsən, işgəncə versən belə susacaq, etiraz etməyəcək. Buna baxmayaraq, gərək İlham Əliyevdə də azacıqda olsa vicdan olsun. Lakin hardadır bu vicdan və insaf ki, İlham Əliyevdə kor olmuş gözlərini aça bir dəfədə hər gün əzdiyi, qanını sorduğu xalqına nəzər edə.

Görəki illərlə bu xalqa necə dözülməz işgəncələr veribdir. İlham Əliyevdə bu vicdan olsa idi, neftin və yeraltı sərvətlərin pullarını öz cibinə, şəxsi hesabına yox xalqın rifahına xərcləyərdi. Əgər onda insanlara xas insaf olsa idi millətin dini mənəvi hisslərinə toxunmaz, məscidini sökməz, hicabına əl atmaz, təhsilinə, səhiyyəsinə qayğı göstərərdi.

Çox maraqlıdır görəsən həqiqətəndəmi azərbaycanlılar İlham Əliyevi sevir və dəstəkləyir yoxsa nifrət edirlər. Sualımızın düzgün cavabını onun 10 illik prezidentliyini xronologiyasına nəzər salmaqla əldə etmiş olarıq. İlham Heydər oğlunun ilk prezidentlik dövrü 2003-cü il 16 oktyabr hadisələri ilə başladı. İlk gündən saxtakarlıqla hakimiyyət kürsüsünü ələ keçirməyə müvəffəq olan prezident ilk öncə müxaliflərinin gözlərini qorxutmaq, gələcəkdəki özünə qarşı hər hansı bir hadisələrin qarşısını almaqdan ötrü, polis və hərbiçilərin rezin dəyənəkləri ilə Azadlıq meydanına etiraz üçün toplaşan, İlham Əliyevi istəməyən əhalini döydürərək əzdirdi. Sonra hakimiyyətini 3-cü illiyində “Monitor” jurnalının baş redaktoru Elmar Huseynovu qətlə yetirdi.

Elə bir ölkədə ki, hər santimetri Milli Təhlükəsizlik
” 10 il prezidentliyi ilə kifayətlənməyən hazırki diktator yenədə xalqa hakimlik etmək üçün tamahını gizlədə bilmir. “
nazirliyinin nəzarəti altındadır. Amma hələdə bu qətlin üstü açılmır, təqsirkarları isə layiqli cəzalarına çatdırılmayıblar. Vəziyyət bu cür davam edirsə deməli əsas cani İlham Əliyev və onun sadiq qullarıdır. Hər dəfə yüksək kürsülərdən Qarabağ barəsində yüksək səslə vədlər verdi, əməlində isə indiyə qədər heç nə göstərməyib. Qarabağı bu gündə bəhanə edərək xalqın saf başının aldadaraq, ölkəmiz müharibə şəraitindədir deyə konstitusiyaya əlavə və dəyişiliklər edərək, qarşısındakı maneələri aradan qaldırıb, üçüncü dəfə də hökmdar olmaq sevdasına düşmüşdür.

Seçki günləri yavaş-yavaş yaxınlaşır nədənsə hamı rahat bir tərzdə sükut içində nəyisə gözləyir. Lakin bu əbəs gözləntilərdən başqa bir şey deyildir. Artıq hər şey əvvəlcədən planlaşdırılıb ölçülüb-biçilib. Prezident yenə də İlham Əliyev olacaq. Bu rejim özünə o qədər arxayındır ki, əvvəlki illərdə necə saxtakarlıqla seçilmişdisə bu seçkidə də həmin oyunlarını oynayacaqlar. Əgər dediklərimin həqiqət olmağının bilmək istəyirsinizsə əvvəlcə məktəblilər üçün nəzərdə tutulmuş məktəbli kitabçasının üzərindəki yazıları diqqətlə oxuyun (2013-2014-cü illərin prezidenti İlham Əliyev) sonra isə seçkilərdə hər şeyi açıq-aydın görəcəksiniz. Necə ola bilər axı 2013-cü il yenidən prezident seçkisi olacaq.

2014-cü ilədə İlham Əliyevi əvvəlcədən prezident seçiblər. Deməli, bu rejim çox arxayındır yerində qalacağından və yenidən prezident olacağından. çünki, bu sülalənin heç kimdən heç nədən çəkinəcəyi yoxdur. Bunlar hökümət yox mafiyadırlar.

islamtimes.org

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button