ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Yaxın vaxtlarda İsraildə Azərbaycan səfirliyi açılacaq –Aktual mövzu

Sionist rejim mediasının yaydığı məlumata görə, Azərbaycanın Təl-Əvivdə səfirlik açması ilə bağlı intensiv danışıqlar gedir.

Qafqaz.ir xəbər verir  ki, Azərbaycan və İsrail rejimi 1992-ci ildən bəri sıx əməkdaşlıq edir. Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkəsindən biridir.

Vikiliks saytı vaxtilə Əliyevə istinadla bu əlaqələrin bir aysbeqə bənzədiyini və onun yalnız ondan birinin suyun üzərində göründüyünü ifşa etmişdi. Müsəlman xalq isə bu təhlükəli və ölkənin maraqlarına zidd hərəkətin tam əleyhinədir.

Müstəqil ekspertlər bildirirlər ki, sionistlərin bu əlaqələrdən əsas məqsədləri Azərbaycanı İslam dünyasından ayırmaq, onun İran İslam Respublikası ilə münasibətlərini zərbə altında qoymaq və ən təhlükəlisi müsəlman ölkəsini plasdarma çevirmkdən ibarətdir. Bununla belə İranla yaşanan məlum ziddiyyətlər fonunda Əliyev hökuməti İsrail adlanan qondarma rejimin işğal etdiyi ərazilərdə səfirlik açmağa təşviq olunur.

Bu barədə İsrailə yaxınlığı ilə seçilən deputat Asim Mollazadə səfirliyin açılma zərurətindən bəhs edərkən deyib ki, İsrail Ermənistanla müharibə zamanı Azərbaycana guya ciddi şəkildə həm siyasi, həm də yeni, müasir silahlarla dəstək verib.

Milli Məclisin digər üzvü, YAP-çı deputat Aydın Mirzəzadə isə Sputnik Azərbaycan-a verdiyi açıqlamada qeyd edib ki, guya İsrail rejimi ilə münasibətlərin inkişaf etməsi həm regionda, həm də dünyada sülhə xidmət edən məsələlərdəndir.

Qeyd edək ki, İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb ki, Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.

Manba: SəhərAzəri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button