AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda islahatlara gedilməsinin təkidinin ardınca; iqtisadi böhrandan çıxmaq üçün həqiqi, ya taktiki islahat

Azərbaycan Respublikasının perzidenti İlham Əliyev bu ölkənin xaricdə olan səfirləri ilə görüşündə Azərbaycanda siyasi və iqtisadi islahatlara təkid etdi.

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Respublikasının perzidenti İlham Əliyev bu ölkənin xaricdə olan səfirləri ilə görüşündəAzərbaycanda siyasi və iqtisadi islahatlara təkid etdi. İ. Əliyevin bu məsələ haqqında danışması ölkənin elə bir durumundadır ki, son günlərdə Azərbaycanın bir neçə siyasi və media fəalı, o cümlədən Azadlıq radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova vergidən yayınma bəhanəsi, amma həqiqətdə dövlətin korrupsiyanı ifşa etdiyinə görə həbs edilmişdi və bu yaxınlarda azad edilmişdir. Bakı dövlətinə müxalif qruplarının bu hərəkətlərindən sonra hakimiyyət qərbin təzyiqləri ilə siyasi məhbusları azad etməyə, siyasi və iqtisadi islahatlar aparmağa məcbur oldu. Amma Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovsiyasi məhbusların, iqtisadi və siyasi islahatların qərbin təzyiqi ilə olmadığını, İlham Əliyevin özünün ölkədə islahatların aparılmasının lüzumunu başa düşdüyünü, siyasi məhbusların da prezidentin lütfü ilə azad edildiyini dedi.

Azərbaycan dövləti neftin qiymətinin aşağı düşməsinə rəğmən büdcə kəsri ilə üzləşmişdir və buna görə də ölkədə ara-sıra baş verən etirazların bərkiməsindən qorxur. Digər tərəfdən də hazırkı vəziyyətdə Bakı dövləti böhrandan çıxmaq üçün beynəlxalq təşkilatlardan kredit almaq istəyir. Bunun üçün də qərbə ehtiyacı vardır. İ. Əliyev bu proqram çərçivəsində Amerikaya səfər etdi, bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşdü. Bundan sonra 2014-cü ildə prezident seçkilərindən sonra qərblə soyumuş münasibətlər yenidən yoluna qoyuldu.

Belə nəzərə gəlir ki, Bakı dövlətinin hazırkı durumda qərblə razılaşmaqdan və onun tələblərini yerinə yetirməkdən başqa çarə yolu yoxdur. Siyasi məhbusların azad edilməsi, siyasi və iqtisadi islahatlara razı olmaq ölkədə yaranmış iqtisadi böhrandan çıxamaq, İ. Əliyev dövlətinin qanuniliyinini azaltmağın qarşısını almaq üçün müvəqqəti bir taktikadır və Bakı dövləti bu ölkədə söz və mətbuat azadlığına icazə verə bilən bir dövlət deyil.

Qeyd edilməsi lazım olan məsələ budur ki, qərb Azərbaycana təzyiq etməklə öz məqsədini güdür və heç də Azərbaycanda həqiqi iqtisadi və siyasi islahatlar ardınca deyil. İqtisadi böhranı geridə qoymaqla və xalqın razılığını qazanmaqla Azərbaycan hakimiyyəti bir daha dövlətin müxaliflərini, söz və mətbuat azadlığı istəyənləri yenidən sıxışdıracaq. Azərbaycan dövlətinin xarici siyasətinin Rusiya səmtinə çevrilməyəcəyi, Amerika və qərb ölkələri ilə səmimi münasibətlər quracağı surətdə qərbin Azərbaycanda insan hüquqlarına riayət edilməməsi qarşısında sükutunun şahidi olacağıq.

Əli Heydər Münəvvər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button