ArxivIslamXəbər lentiXəbərlər

Səlahəddin Özgündüzdən ikinci mesaj: Qarşıdurma istəmirik…

Türkiyə cəfərilərinin(şiə) liderlərindən və nüfuzlu din xadimlərindən olan Şeyx Səlahəddin Özgündüz Kanal12 və On4TV-nin bağlanmasına etiraz olaraq ikinci mesajı verdi

İslamazeri.az-ın verdiyi xəbərə görə, Şeyx Səlahəddin Özgündüzün açıqlamasında deyilir:

“Camiəmizə xitab edən Kanal12 və On4-ün qapadılması camiəmizdə təbii olaraq üzüntünün yanında narahatçılıq və şübhələrə səbəb olmuşdur. Məncə dövlət və millətə heç bir faydası olmayan bu işi, Şiə toplumunu hər fürsətdə hədəfə almağı “mərifət” sayan dilli duyğudan məhrum vəhhabiliyi tohid yolu sanan və bu dönəmdə müxtəlif dövlət qurumlarına vasitəçilər yolu ilə rahatca yerləşə bilən kəslər hazırlayıblar; xoş niyyətli rəsmiləri də bir yolla razı edərək qüvvəyə mindirməyə müvəffəq olmuşlar. İndi bu xətadan dönüb bu kanalların təkrar yayına başlamasını istəyirik və kimsə ilə bu ölkədə qarşıdurmaya getmək istəmirik. Bir söz var “Bizim niyyətimiz üzüm yeməkdir, bağbanı vurmaq deyil.” Bu çiskinli-dumanlı havadan yararlanmaq istəyənlər, bulanıq suda balıq ovlamaq istəyənlərin yanında radikal gənclərin olduğunu görürəm. Bir də çox pak və təmiz duyğularla onların arxasına düşən, kampaniylarına qoşulan insanları da təəssüflər olsunki görməkdəyəm.

Bəylər, bu camiənin ehtiyacından daha çox qurumlar və icmalar varkən, kimliyi məlum və ya naməlum şəxslərin arxasına və kampaniyasına da əsla qarışmayın. Əvvəla bu kanallarımızın rəsmiləri və ehtiyac duyarlarsa qurumlarımızın təmsilçilərinin iştirakı ilə müvafiq instansiyalara başvursunlar, aldıqları nəticəni görək, sonra bizə düşən bir vəzifə varsa yenə qurumlarımızın qərarı ilə yerinə yetirərik. Hələlik deyəcəklərim bundan ibarətdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button