AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Azərbaycan səfirliyində baş vermiş insident tamamilə yanlışdır, qəbul ediləsi deyil və qeyrət-namus məsələsinin nəticəsidir

Ərdəbilin cümə imamı Ayətullah Se yid Həsən Amili Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş verən son hadisələrə işarə edərək dedi: Biz min ildir ki, Arazın o tayındakı azərilərlə qardaş kimi yaşamışıq. Onların sevincində sevinmişik, kədərlərində kədərlənmişik. Nə onlar İranda, nə də biz Arazın o tayında özümüzü yad hiss etməmişik. Bizim aramızda olan tarixi, dini və mədəni bağlılıqlar misilsizdir. Hamımız bilirik ki, azərilər namuslarının qeyrətini çəkməkdə məşhurdurlar və öz namuslarının qeyrətini qətiyyətlə çəkirlər və qoruyurlar. Hər hansı məsələdə geri addım atsalar da, namus məsələsində geri addım atmaları mümkün deyil. Son vaxtlar Azərbaycan səfirliyində baş verənlər qəbul ediləsi deyil. Amma bu, azəri qeyrəti ruhiyyəsinin nəticəsidir.

Ayətullah Amili vurğuladı: İran azərbaycanlısı iyirmi il azərbaycanlı həyat yoldaşı ilə yaşayıb və bu birgə həyatın nəticəsi iki uşaq olmuşdur. Nəhayət, problemlərlə üzləşirlər. Qadın Azərbaycanın Tehrandakı səfirliyinə gedir və bir daha çölə çıxmır. Əri dəfələrlə səfirliyə gedir, amma faydası olmur. Yalvarır, amma müsbət cavab almır. Bu arada qız anasına zəng edir və məlum olur ki, anası Bakıdadır. Əri səfirliyə gedir və deyir: “Qadının pasportu mənim əlimdədir. O, ölkəni necə tərk edə bilib?” Həyat yoldaşının səfirliyin əməkdaşlığı ilə Azərbaycana getdiyini, uşaqlarının anasız qaldığını və qadının hələ də onun həyat yoldaşı olduğunu, ancaq ailəni tərk etdiyini görəndə həddindən artıq qeyrət hissi keçirir və səhv qərar verir. Biz onun addımını ümumiyyətlə qəbul etmirik. Amma, qəbul etməliyik ki, namus məsələsində qeyrət coşduqda səhvlərə də səbəb olur.

Ərdəbilin cümə xətibi əlavə etdi: Dünyada belə hadisələr olur. Necə ki, Rusiyanın səfiri Türkiyədə öldürüldü və Türkiyənin üzrxahlığı ilə məsələ həllini tapdı. Türkiyə səhvən rus qırıcısını vurdu və üzrxahlıqla problem həll olundu. Bu hadisəni bəhanə edərək İrana hücum etmək Azərbaycan kimi möhtərəm hökumətə yaraşmır. Digər tərəfdən isə, İranın Azərbaycana qurulduğu gündən bəri etdiyi yardımlar çox böyük olub və həyati önəm daşıyıb. Biz o həyati yardımların unudulacağını gözləmirik.

O, sözünə davam etdi: Qeyd etmək lazımdır ki, bu hadisəni dinlə mübarizə və dindarlar əleyhinə addımlar atmaq üçün bəhanə kimi istifadə etmək yanlışdır və faydası olmayacaq. Stalin var gücü ilə dindarlarla müharibəyə girdi, amma nəticə əksinə oldu. Rza xan bütün gücü ilə dindarlarla müharibəyə girdi, lakin heç bir fayda görmədi. Oğlu hətta hicri-qəməri tarixini dəyişdirərək şahlıq tarixini rəsmiləşdirdi və möminlərlə heç bir mübarizədən çəkinmədi. Lakin onun bütün səyləri əks nəticə verdi. Bu sahəyə sərmayə qoyan hər kəs mütləq vaxtını itirmiş olur. Güstav Le Bon deyir: “Dinin minlərlə canı var, onu min dəfə öldürsən, yenidən diriləcək!” Böyük Azərbaycan xalqı bu hadisələrə görə əsla öz dininə arxa çevirməyəcək. Bir cahil cahillik edəndə, insanlar buna görə dinlərindən üz çevirməzlər. Bu, tarixin ümumi qanunudur ki, din və dindarlıq alovu möminlərə və dini himayə edənlərə qarşı təzyiqlərlə sönmür, əksinə daha da alovlanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button