AktualAktualArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan səfiri: İranın humanitar və hərbi köməyi ilə Qarabağda 300 mindən artıq qaçqın mühasirədən çıxa bildi

“Azərbaycan hökuməti və xalqı İran dövləti və xalqının köməklərini heç vaxt unutmayıb və unutmayacaq. Birinci Qarabağ müharibəsi dövründə, Fizuli şəhəri işğal edildi, bəzi rayonlar mühasirəyə düşdülər. İranın hərbi və humanitar yardımları nəticəsində 300 min insan mühasirədən çıxa bildi və Azərbaycan Respublikasında öz torpaqlarına qayıda bildilər.”

qafqaz.ir SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov, bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

Azərbaycanın İrandakı səfiri çıxışı zamanı ölkəmizin ikinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin əhəmiyyətindən, bu qələbənin ardından qəbul edilmiş atəşkəs və sülh razılaşmasının bölgədə sabitliyi və daimi sülhü təmin edəcəyindən danışıb.

Səfir həmçinin bir və ikinci Qarabağ müharibəsi dönəmində İranın Azərbaycana verdiyi dəstəkdən söz açıb.

Səfir bildirib ki, birinci Qarabağ müharibəsində İranın humanitar və hərbi dəstəyilə 300 min azərbaycanlı mühasirədən çıxa bilib.

O həmçinin ikinci Qarabağ müharibəsi zamanı İranın Ərdəbil, Şərqi-Azərbaycan, Qərbi-Azərbaycan və Zəncan əyalətlərinin imam-cümələrinin Azərbaycanı dəstəklyən bəyanatını, müctəhidlərin və İranın elmiyyə-hövzələrinin Azərbaycanı dəstəkləyən mövqeyini, eləcə də İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin mövqeyini alqışlayıb və sonuncunun Azərbaycan xalqı üçün yaxşı bir bayramlıq olduğunu deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button