ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikasının prezidenti:

“Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ilə videoformatda görüşüb.

Qafqaz.ir-nin məlumatına əsasən,Görüşdə İlham Əliyev iranlı heyətin Azərbaycana səfərinin azad edilmiş torpaqlardan başlanılmasını yüksək qiyməytləndirib.

Azərbaycan Respublikası prezidenti müharibədən sonra İran-Azərbaycan əlaqələrinin daha da geniş vüsət aldığını bildirərək deyib: Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar.

İlham Əliyev işğal dövründə Azərbaycan Respublikası şəhər və kəndlərinin yerlə yeksan edildiyini xatırladaraq artıq bərpa işlərinə start verildiyini və bir daha İran şirkətlərinin bu işlərdə fəal iştirak edəcəklərini vurğulayıb.

Azərbaycan Respublikası prezidenti müharibədən sonrakı dövrün bütün region üçün yeni imkanlar açacağına ümidvar olduğunu dilə gətirərək deyib: “Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.”

İlham Əliyev İranlı həmkarı ilə son görüşünə də toxunub: “Noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir”,deyə Azərbaycan Respublikasının prezidenti bildirib.

Görüşdə İran İslam Respublikasının yol və şəhərsalma naziri Rstəm Qasimi İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin səmimi salamlarını çatdırıb və əlavə olaraq deyib: “İran dövləti və İran xalqı adından şəxsən Sizə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına ərazilərin geri qaytarılmasında əldə etdiyiniz uğurlar və bu müharibədə qazandığınız Qələbə münasibətilə təbrik çatdırıram.”

Rüstəm Qasimi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev eləcə də digər rəsmilərlə qarşılıqlı əlaqələr və müştərək layihələrin müzakirə ediləcəyini xatırladıb: “Onüçüncü hökumət, yəni, cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir”,-deyə İranın yol və şəhərsalma naziri bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button