ArxivXəbər lentiXəbərlər

İlham Əliyev bəzi xarici dairələrin müdaxilə niyyətlərindən danışıb

İlham Əliyev: Bəzi xarici dairələrin məqsədi bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, xalqımızın iradəsini qırmaqdır

Trend-in məlumatına görə Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı deyib:Bəzi xarici dairələrin məqsədi bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, xalqımızın iradəsini qırmaqdır.

İlham Əliyev deyib: Bizim işimizə qarışmaq istəyənlərin sayı az deyil. Müstəqillik illəri ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button