AktualAktualArxivIslamtahlil va magaleXəbər lentiXəbərlər

Media qalmaqalı və Azərbaycan Respublikasında anti-İran ünsürlərinin uğursuzluğu

Azərbaycan Respublikasının bir sıra KİV-ləri, hətta parlament deputatları və ictimai-siyası fəallarının media hücumları etdikləri bir vaxtda Azərbaycan xarici işlər nazirinin müavini və Azərbaycan Milli Məclisi sədrinin birinci müavininin açıqlamaları onların həqiqət daşımayan iddialarını təkzib etdi. Əgər bu cinahın adamları və medialarının azca siyasi şüuru və media savadı olsa, ən azından uzun bir müddət Qarabağ münaqişəsi, İranın onda rolu və buna oxşar məsələlərdə fikir bildirməməlidir ki, bəlkə zaman ötdükcə onların media rüsvayçılığı və siyasi məğlubiyyətləri unuduldu.

AranNews – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin azəri KİV-lərində açıqlama verərək Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin 23 fevral 2016-cı il tarixində imzalanmasını və İranın bu saziş çərçivəsində fəaliyyətinin qanuni olmasını bildirmələri, Azərbaycan Respublikasında bəzi millətçi və anti-İran dairələrin və fərdlərin İranın bu körpüləri Qarabağ işğalçıları ilə əlaqə yaratmaq məqsədilə tikməsilə bağlı həqiqəti əks etdirməyən media hay-küylərinə son qoymaqdan əlavə, həm də ötən 30 il boyunca bu dairələrin Qarabağ münaqişəsində İranın rolu barədəki buna oxşar bütün qarayaxmalarının yalan olduğunu təsdiq etdi.
İran İslam Respublikası Qarabağ müharibəsinin alovlandığı ilk vaxtlardan Azərbaycan xalqına və hökumətinə hər hansı siyasi-diplomatik, hərbi-müşavirə, humanitar və s. köməklərini əsirgəməmişdir. Ondan sonra da Naxçıvan Muxtar Respublikasını enerji ilə təmin etmək, Azərbaycanla əlaqəsinin yaranması üçün sərhəd yolunun salınması və s. kimi əsas ehtiyaclarını təmin etməklə Azərbaycana ən çox xidmət göstərmişdir. Bundan əlavə, həmişə regional və beynəlxalq toplantılarda Qarabağın İslam dünyasına və Azərbaycan Respublikasına aid olmasına təkid etmişdir. Hətta Silahlı Qüvvələrin Baş Qərargahı rəisi səviyyəsində Qarabağın azad olunmasına təkid etmişdir (bu açıqlamanın mənası hamı üçün aydındır) və Qarabağla bağlı milli və beynəlxalq səviyyədə konfrans və toplantılar keçirməklə dünyanın ikinci şiə ölkəsi qarşısındakı öz islami, tarixi və mədəni missiyasını həyata keçirmişdir. Lakin daim sionist rejim kimi bir sıra cərəyanlara bağlı bəzi dar düşüncəli qələm əhlinin və (qeyrətli azərilərə ən çox maddi və mənəvi zərbə vuran) millətçi deputatların qarayaxmalarına, yalan təbliğat dalğalarına məruz qalmışdır. Əlbəttə, insanlığa yaraşmayan bu anti-İran təbliğatın qarşısında Azərbaycanın yüksək rütbəli rəsmiləri, bir sıra insaflı ekspertləri və şəxsiyyətləri müxtəlif vaxtlarda İranın Azərbaycan Respublikası xalqı və dövlətinə hərtərəfli yardımlardan danışıblar və bunu alqışlayıblar. Lakin Azərbaycan xarici işlər nazirinin müavini və Milli Məclis sədrinin birinci müavininin son açıqlamasını əhəmiyyətli edən bir məsələ vardır və o da budur ki, həmin açıqlamaların yuxarıda vurğulanan media hücumları ilə eyni vaxtda olması həqiqətdə Azərbaycanın bir sıra KİV-lərinin, hətta parlament deputatları və ictimai-siyasi fəallarının yalan iddiaları bu ölkənin xarici siyasət və qanunvericilik aparatlarının yüksək çinli rəsmiləri tərəfindən təkzib edilmişdir.
İndi Bakıda aşağı rütbəli sionist ünsürlərinin iştirakı ilə anti-İran vitural konfrans keçirən, Azərbaycan Respublikası hökumətindən “İranın qeyri-hüquqi və təcavüzkar” adlandırdıqları hərəkətləri qarşısında addım atmasını istəyən halı məlum bəzi adamların düşdüyü vəziyyət çox görməlidir. Məlumdur ki, əgər bu cinahın adamları və medialarının azca siyasi şüuru və media savadı olsa, ən azından bir müddət Qarabağ münaqişəsi, İranın onda rolu və buna oxşar məsələlərdə fikir bildirməməlidir ki, bəlkə zaman ötdükcə onların media rüsvayçılığı və siyasi məğlubiyyətləri unuduldu.
Belə görünür ki, Azərbaycan Respublikasında sayı az, lakin hay-küyü çox olan bir sıra anti-İran dairələr və fərdlərin hal-hazırda rüsvaylıq ləyəni yerə düşmüşdür və Azərbaycan Milli Məclis sədrinin birinci müavini tərəfindən məlumatsız adlandırılan bu dairə və fərdlər çox güman ki, İran İslam Respublikasının işıqlı çöhrəsini qonşu Azərbaycan Respublikasında ləkələmək məqsədilə ləhləyə-ləhləyə digər sionist planını icra etmək ardınca düşəcəklər.
Ölkəmizin xarici siyasət aparatı Azərbaycan Respublikası hökuməti ilə anlaşmasının davamında bir dəfə həmişəlik olaraq onlar barədə ölçü götürməlidir ki, bir daha öz batil və yanlış hərəkətlərini büruz etməyə macal tapmasınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button