ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Ordusunda dindarlara təzyiq planları hazırlanır?

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Qafqaz.ir-nin məlumatına əsasən, bildirilib ki, sənədə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən edilib.
2023-cü il ərzində təşkil ediləcək görüşlərdə azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.
44 günlük müharibədə həm Azərbaycan ordusunda həm də cəmiyyət və şəhid ailələrində İmam Hüseyn(ə) məktəbinə bağlılığın əyani nümunələrinin ortaya çıxması bu ölkənin hakimiyyətindəki bəzi ateistləri narahat və nigaran etdi. Bu narahatlıq müharibədən sonra dindar döyüşçülərə, inanclı müharibə iştirakçılarına və şəhadətsevər şəhid ailələrinə təzyiqlər yaxud ən azından laqeydlik formasında özünü göstərdi.
Sosial şəbəkələrə sızan bəzi məlumatlar Azərbaycan Respublikası ordusunda inanclı hərbçilərin təzyiqlərə məruz qaldıqları və hətta namazı gizlində qılmalı olduqları barədə iddialar ortaya qoyulur.
İndi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında orduda dini sahəyə müdaxilələr barədə qərar belə bir şübhəyə səbəb olub ki, hökumət “dini radikalizm” adı altında silahlı qüvvələrdə əslində müsəlman şiə dindarlarını hədəfə almaq istəyir.
2023-cü ilə dair birgə əməkdaşlıq tədbirləri sırasında “sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq” tədbirlərinin də yer alması, məsələnin şiə dindarlarına təzyiqdən daha geniş məqsəd güdməsi barədə nigaranlıqlara səbəb olur. Daha doğrusu bu kimi tədbirlərin əslində orduda qeyri-ənənəvi düşüncələrə rəvac vermək cəhdləri olduğu deyilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button