ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası mediaları İran seçkilərindən yazır

İranda 18 iyun prezident seçkiləri Azərbaycan Respublikası mediasında geniş işıqlandırılıb.

 APA.az, AZƏRTAC,trend,REPORT,VİRTUAL AZƏRBAYCAN,AzVizion,modern.az,Bakı vaxtı.az,QAYNARİNFO kimi Azərbaycan Respublikasının əsas mediaları İran İslam Respublikasında keçirilən 18 iyun prezident seçkiləri barədə məlumatlar və təhlillər dərc ediblər.

APA xəbər agentliyi özünün Tehran bürosuna istinadlı məlumatında dünən iyunun 17-i səhər saat 07:00-dan təbliğat-təşviqat kampaniyasına son qoyulduğu və bu gün 18 iyun səhər saat 07:00-dan seçkilərə start verildiyini bildirir. APA-nın məlumatında yerli mətbuata istinadla əsas mübarizənin İbrahi Rəisi ilə Əbdünnasir Himməti arasında gedəcəyini bildirir.

AZƏRTAC Dövlət İnformasiya Agentliyi də İranda 18 iyun prezident seçkiləri barədə ətraflı məlumat dərc edərək Bir sıra xarici ölkələrdə də seçki məntəqələrinin yaradıldığını xatırladaraq yazır:İrandan kənarda yaşayan 3,5 milyon seçici ölkə xaricində səs verəcək.

İnqilis, rus, fars, İstanbul türkcəsi və Azərbaycan dillərində fəaliyyət göstərən Trend xəbər agentliyi də “İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla bu gün saat 07:00-da başlayıb”- yazıb. Tren xalqın 4 namizəd arasından birini seçəcəyini xatırladaraq yazır: Prezident seçkilərində namizədlərin üçü mühafizəkarlar düşərgəsi, biri isə (Əbdülnasir Hemməti) islahatçılar düşərgəsindəndir.

QAYNARİNFO əlində namizədlərdən birinin adını yazmış bir qadının şəkilini dərc edərək “İranda prezident seçkiləri keçirilir” başlıqlı məlumatda yazır: İranda 13-cü prezident seçkilərində səsvermə başlayıb. dövlət başçısı vəzifəsi uğrunda dörd siyasətçi mübarizə aparır. İslam Respublikasının hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak hüququna malik deyil. Çünki o bu vəzifəni ardıcıl iki dəfədir icra edir.

Modern.az İnformasiya Agentliyi dünən dərc etdiyi məlumatını “Sabah İranda prezident seçkiləridir: azərbaycanlılar kimə “hə” deyəcək? “ Sualı ilə başlayıb. Modern.az 7 namizədin president seçkilərinə qatıldığı ancaq sonra 3-nun namizədliyini geri götürdüyünü xatırladır və qeyd edir ki, seçkilərdə 4 namizəd arasında rəqabət gedir.

 Bakı vaxtı.az isə diqqəti seçkilərin pandemiya şəraitində keçirilməsinə çəkir və yazır: COVID-19 pandemiyası səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçirilir.

REPORT İnformasiya Agentliyi də İranda bu gün keçirilən 13-cü prezident seçkiləri barədə geniş məlumat dərc edərək yazır: Birinci turda qələbə üçün namizədlərdən biri 50%-dən çox seçici səsi yığmalıdır. Əks təqdirdə ikinci turu təşkil etmək lazım gələcək. Belə olan halda ikinci tur 25 iyunda keçirilə bilər.

Azərbaycan, ingilis, rus, fransız, erməni və ərəb dillərində fəaliyyət gösətərən AzVizion portalı isə “İran yeni rəhbərini seçir: Surpriz nəticələr ola bilər” başlıqlı analitik yazıda rəy sorğularının nəticələrinə diqqət çəksə də eyni zamanda yazır:

Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button