ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikası İranın strateji ortağıdır

İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Azərbaycan Respublikasını İranın strateji ortağı adlandırıb.

Bu gün İranın Şərqi Azərbaycan vilayətində yerləşən Xudafərin rayonunun sərhəd zolağına baş çəkən Mehdi Səfəri bildirib ki, qarşıdakı günlərdə keçiriləcək ikitərəfli görüşlərdə Xudafərin rayonunda sərhəd keçidinin yaradılması barədə razılaşma yekunlaşacaq.

Səfəri Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi məsələsinə də işarə və əlavə edib: Əgər texniki və ixtisaslaşdırılmış araşdırmalar ətraf mühit çirklənməsini təsdiq edərsə, erməni tərəfi çirklənməni aradan qaldırmağa və bu sahədə önləyici tədbirlər görməyə məcbur edəcəyik.

İranın Xudafərin rayonu Təbrizin şimal-şərqindən iki yüz on kilometr aralıda, Azərbaycan Respublikası ilə sərhəddə- Araz çayının kənarında yerləşir.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button