ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan reallığına güzgü

Bu gün cəmiyyətdə hər kəs hakimiyyətin sayəsində şoka düşüb. Əliqanlı qatillər, erməni diversantlar, qardaşlarımızı şəhid edən şəxsiyyətsizlər hakimiyyətin “humanistliyi” sayəsində evlərinə buraxıldı, lakin Azərbaycanda əqidəsinə, düşüncəsinə görə həbs edilən dindarlar, ruhanilər, siyasilər uzun müddətdir ki, azadlıqdan məhrum olublar. İllərdir ki, ailələrindən, evlərindən uzaq düşüblər. Qardaşlarımızı, övladlarımızı qətlə yetirən əliqanlı qatilləri evə buraxıb günahsız insanları hələ də həbsdə saxlamaq təkcə məhbusların özlərini, ailələrini təhqir etmək deyil, ümumilikdə bu milləti təhqir etməkdir. Çünki günahsız yerə zindanda olanlar bu millətin və dövlətin dəyərlərini qorumaq üçün haqqı deyib həbs olunublar. Əliqanlı qatillər isə qardaşlarımızı öldürənlər, anaları gözüyaşlı qoyanlar, dövlətimizə təhlükə yaradanlar idilər. Onlarsa azad edildilər. Bu da Azərbaycan hakimiyyətinin göstərdiyi reallıq.

Hakimiyyət yenə də ermənilərlə arasını düzəltmək üçün barışıq addımı atıb dəridən-qabıqdan çıxır, ona görə millətinin qanını tökən bu caniləri humanistlik adı altında azad edib buraxır, lakin Azərbaycan vətəndaşı ilə arasını düzəltmək istəmir. Görünür ki, cəmiyyətdə insanları küçümsəyib nifrət edirlər.

Azərbaycanda siyasilərin təkidlərini nəzərə almadılar. Sayı 30 mindən çox olan məhkumların cəzalarından qazandığımız zəfəri bəhanə edərək, hərədən bir-iki il çıxıb humanistlik göstərmədilər. Primitiv düşünsək, elə bil ki, döyüşlərdə qazandığımız qələbələrə, uğurlara bu məhkumların özləri, yaxınları sevinməyib. Qazandığımız qələbəyə əlisilahlı ermənilər, onların valideynləri sevinib. Ona görə də onları mükafatlandırıb turistlər kimi evlərinə yola salırlar. Birdə qəribəsi budur ki, Azərbaycanda həbsxanadan günahsız məhbuslar, siyasilər, dindarlar, müxaliflər azad olunan zaman arıqlayıb çəki itirmiş formada çıxır, lakin qatil diversantlar bizim həbsxanalardan çıxanda isə sapsağlam, artıq çəki ilə yola salınırlar.Baxın, bu da Azərbaycan reallığı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button