ArxivIslamXəbər lentiXəbərlər

17 erməni öldürən Şəhid Adil Adilzadə

 Şəhid, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Adil Kamran oğlu Adilzadə 1993-cü ilin 17 aprelində Mingəçevir şəhərində anadan olub.

Ailənin yeganə övladı olan Adil Adilzadə Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəbi bitirib. Adil Adilzadə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib.

O, 2016-cı ilin aprel ayında baş verən döyüş zamanı qəhrəmancasına Şəhid oldu. Adil Adilzadə döyüş zamanı 17 erməni hərbçisini məhv edib. Qarşı-qarşıya döyüşlərdə Adil Adilzadə ilə bacarmayan ermənilər onu snayperdən açılan atəşlə qətlə yetirib.

Aprelin 11-i isə Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salınıb.

Adil Adilzadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button