ArxivIslamXəbər lentiXəbərlər

Növbəti siyasi məhbuslar siyahısı 119 nəfərdən ibarətdir

Onlar aşağıdakı qaydada təsnifləşdirilib:
– 5-i jurnalistlər və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),
– 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
– 7-si siyasi və ictimai fəallar (Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov),
– 47-i inanclı fəallar (buraya müxtəlif işlərin fiqurantları, o cümlədən 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilənlər, İslam Partiyasının lideri Mövsüm Səmədovla birlikdə həbs edilənlər),
– 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
– 1-i siyasi girov (siyasi mühacirətdə olan qaynı Türkel Azərtürkün müxalif jurnalist fəaliyyəti ilə əlaqədar həbs edilmiş Emin Saqiyev),
– 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar.
Ən böyük qrup Gəncə hadisələri ilə bağlı həbs edilən 52 nəfərdən ibarət qrupdur.
11 nəfərin adı isə monitorinq altında olanlar siyahısındadır.
Bu, jurnalist Şəfəq Ağabalayeva, Gəncə işinin 9 fiqurantı, habelə siyasi mühacirətdə olan qardaşının fəaliyyəti ilə əlaqədar həbs edildiyi ehtimal olunan Renad Əliyevdir.
2019-cu il fevralın 20-də siyasi məhbus siyahısının elan edilməsindən sonra 61 nəfər azadlığa çıxıb. Onların 52-si əvf edilib, 5-i şərti azadlığa buraxılıb, 4-ü cəza müddəti başa çatdığına görə azadlığa çıxıb.
İşçi qrup həmçinin Azərbaycanda müstəqil vəkillərə təzyiq və onların işdən kənarlaşdırılması faktını qeyd edir.
İşçi qrupa Azərbaycan vətəndaş cəmiyyətinin məşhur nümayəndələri, xüsusən, İntiqam Əliyev, Anar Məmmədli, Xədicə İsmayılova, Rövşən Hacıbəyli və digərləri daxildir. -06D-

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button