ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avropa Məhkəməsi bu dəfə Azərbaycandan göndərilən 30-dan çox ərizəyə baxıb

hökumət Brilyant Əliyeva, Dünya Əliyeva, Kamran Nurəliyev, Cavid İsmayılov, Afaq Nurəliyeva, Səadət Qədirova, Səkinəxanım Quliyeva, Natiq Məhəmmədsoy və Nuranə Abdullayevanın hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1750 avro ödəməlidir.
“Ağasif İbrahimov və başqaları Azərbaycana qarşı” işində kütləvi aksiyaların keçirilməsinə tətbiq edilən məhdudiyyətlərin qeyri-adekvat olması ilə bağlı idi. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, ərizəçilərə 1750 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək”.

Məlumatda “A və başqaları (23) Azərbaycana qarşı” işində ərizəçilər 2017-ci ilin sentyabrında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvləri idi. Onlar saxlanılması və sonradan inzibati həbs edilmələrini qanunsuz və özbaşına olduğub, yalnız cinsi oriyentasiyalarına əsaslandığını bildiriblər:

“Həmçinin, polis məmurları və təcridxana əməkdaşlarının onlara qarşı pis rəftar etməsindən, müvafiq orqanların bununla bağlı səmərəli araşdırma aparmamasından, habelə, həbsdə olan zaman məcburi tibbi müayinəyə məruz qalmalarının qanunsuzluğundan şikayət ediblər”.

Konvesiyanın 3, 5, 6, 8 və 14-cü maddələrinin pozulduğu və hökumətin onların bir qismini etiraf etdiyi qeyd olunub:

“Hökumət ərizəçilərə mənəvi zərər əvəzi 125 min avro, xərc və məsrəflər əvəzi ümumilikdə 3 min avro ödəməyi öhdəliyinə götürüb”.

Şikayətçilərin maraqlarını təmsil edən hüquqşünas Səməd Rəhimli “Turan”a bildirib ki, ərizəçilər təklif olunan “barışıq”la razılaşmır və mahiyyəti üzrə qərar əldə olunmasına çalışırlar:

“Hökumətin təktərəfli bəyanatı LGBT nümayəndələrinin hüquqlarının pozulmasında əli olan təhlükəsizlik qüvvələrinin və digərlərinin qanunsuz hərəkətlərini araşdırmaq üçün hakimiyyətin üzərinə heç bir öhdəlik qoymur”.

Şikayətçilərin adları açıqlanmır, onların bəzisi növbəti təqiblərdən çəkinərək Azərbaycanı tərk ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button