ArxivIslamXəbər lentiXəbərlər

İmam Hüseyn (ə) bəşəriyyətin lideridir

İngilis botaniki, Kembric Universitetinin professoru Edvard Braun: “Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri müsəlmanlar İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.

Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir.”

Şotland filosofu, tarixçi, yazar, publisist Tomas Karlayl: “Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışlar. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi”.

Yazıçı Boris Dokberi: “Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlamağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər”.

Görkəmli rus yazıçısı və mütəfəkkiri Lev Tolstoy: “Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların, Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı”.

Hind filosofu və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatçısı Rabindrant Taqor: “Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar, necə ki, bunu İmam Hüseyn (ə) etdi.

İmam Hüseyn (ə) eşqi ən soyuq qəlbi də isidir.

İmam Hüseyn (ə) bəşəriyyətin lideridir”.

Hind filosofu Cəvahirləl Neyru: “İmam Hüseynin fədakarlığı dünyada bütün qruplar, cəmiyyət və toplumlar üçün haqq yolunun ideal nümunəsidir”.

Məşhur “Çin tarixi” əsərinin müəllifi, yazar Ceyms Korn: “Hüseyn və tərəfdarları səkkiz növ düşmənlə mübarizə aparırdılar. Onlardan dördü oxlar yağdıran Yezidin qoşunları idi, beşincisi qızmar günəş idi, altıncısı Kərbəlanın səhrası idi, yeddincisi aclıq, səkkizincisi isə susuzluq idi.

Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı. Tarix boyu bugünədək heç kəs bu cür qəhrəmanlıq göstərməyib”.

Hindistanın eks prezidenti Radra Krişnan: “Baxmayaraq ki, İmam Hüseyn (ə) 1300 il bundan öncə dünyasını dəyişib, onun ruhu bugünkü insanların ruhlarına hakimdir.

Macar yazıçısı İqnaz Qoldziher: “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri zorakılıqla mübarizəni somvolizə edir”.

Hind filosofu, xalq azadlıq hərəkatının lideri Mahatma Qandi: “Mən inqilabımda İmam Hüseynin (ə) hərəkatına borcluyam. Mən Hindistan xalqı üçün təzə bir şeyi ərməğan gətirməmişəm”.

İngilis yazıçısı Charles Dickens: “Əgər İmam Hüseynin (ə) döyüşü dünya istəkləri üçün olmuşdursa, mən bunu qəbul etmirəm. Çünki bacıları, xanımları və övladları onunla birlikdə idilər. Ona görə də ağıl hökm edir ki, o, ancaq İslam üçün fədakarlıq etmişdir”.

Livan yazıçısı Georgi Zidan: “Peyğəmbərin (s) vəfatından sonra dünya və vəzifə sevgisi əxlaqi fəzilətləri üstələdi. Ali-Əli (ə) təfəkkürü bu insanların yanında təsirsiz qaldı. Kufə xalqı mal və vəzifəyə görə İmamla (ə) bağladıqları əhdə vəfasız çıxdılar. Bununla da kifayətlənməyib, onu öldürdülər”.

Alman filosofu Thomas Mann yazır: “Əgər İsa (ə) ilə Hüseynin (ə) fədakarlıqlarını müqayisə etsək, şübhəsiz ki, Hüseynin (ə) fədakarlıqları daha mənalı və daha dəyərli olar. Çünki İsanın (ə) həyat yoldaşı və övladı yox idi. Hüseyn (ə) isə özünü də, həyat yoldaşını da, övladını da dinin yaşaması üçün qurban verdi”.

İmam Hüseynin (ə) həyat yoldaşı və uşaqları var idi və onların bəzisi az yaşlı idilərə, atalarına ehtiyacları var idi”.

Alman tarixçisi Kurt Frisçler yazır: “İmam Hüseyn (ə) fədakarlıqda bütün sərhədləri vurub dağıtdı, bu yolda övladlarını fəda etdi.

Hüseynin (ə) bu fədakarlığı nə tərsliyinə də görə idi, nə həvəslərinə görə. O, ağlı ilə fədakarlıq etmişdi və Yezid ibni Müaviyyənin hədəflərinə görə yaşamaq istəməmişdi. O, haqq yolunda öldürülməyi kişilikdən bilirdi. Bu imanlı və igid insanın ölümü – baxmayaraq ki, özü ölümə tərəf gedirdi – intihar deyildi”.

İngiltərənin böyük alimi Tomas Carlyle: “Kərbəla faciəsindən çıxartdığımız ən böyük dərs odur ki, Hüseynin (ə) və dostlarının Allaha möhkəm imanları var idi. Onlar öz əməlləri ilə təsdiq etdilər ki, haqla batil üz-üzə gələndə, sayın önəmi yoxdur. Hüseynin (ə) az insanla qələbə çalması məni çox heyrətləndirir”.

Suriyanın xristian alimi Antoine Barra: “Əgər desək ki, Hüseyn (ə) İslamın çırağıdır, az demiş olarıq. Əgər desək ki, o, İslamın zirehidir, az demiş olarıq. Deyə biləcəyimiz ən yaxşı cümlə budur ki, o, bütün tarix boyu bütün dinlərin vicdanıdır”.

Amerika tarixçisi Vaşniqton İrvinq: “Hüseyn (ə) öz həyatını Yezidə təslim edərək xilas edə bilərdi. Ancaq müsəlmanların rəhbəri olmaq məsuliyyəti icazə vermirdi ki, o, Yezidi xəlifə kimi qəbul etsin. O, özünü hər bir çətinlik və təzyiq altına salaraq, İslamı Bəni-Üməyyənin caynağından xilas etməyə hazır etdi və yanar günəşin altında, quru səhrada Hüseynin (ə) ruhu fənalığı qəbul etmədi. Ey mənim pəhləvanım, ey şücaət nümunəsi, ey mənim igidim Hüseyn!”.

Böyük alman filosofu Marbini: “Müsəlmanların bir xalq kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button