ArxivXəbər lentiXəbərlər

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 42% artıb

İran ay təqvimi üzrə martın 21-də başlayan yeni ilin il 4 ayında (iyulun 21-nə qədər) Azərbaycana 111,83 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,4% çoxdur.
4 ay ərzində Azərbaycan qonşu ölkədən 184,082 ton qeyri-neft məhsulu alıb. Bu. əsasən polipropilen, boru və kartofdur.
Əvəzində 21 mart – 21 iyul tarixlərində islam respublikasına Azərbaycandan 4,616 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib ki, bu da illik müqayisədə 28,6% çoxdur. Söhbət 14 572 ton məhsuldan gedir ki, bu da əsasən quşlar üçün yem, metal qırıntıları və sodadır.
Beləliklə, hesabat dövründə iki ölkə arasında qeyri-neft məhsullarının ticarət dövriyyəsi 116,44 mln. dollar təşkil edib, bu da 1 il əvvələ nisbətən 42,3% artım deməkdir.
Müvafiq məhsulların ticarətinə görə, Azərbaycan İranın 16-cı ən iri ticarət tərəfdaşı olub.(report.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button