ArxivXəbər lentiXəbərlər

Ermənistan parlamenti yeni prezidentini seçdi

Bu gün Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib. FaktXəbər-in “news.am” saytına istinadən verdiyi məlumata görə, yeganə namizəd olan Armen Sarkisyan parlament üzvlərinin dəstəyini qazanıb.

Ermənistanın Böyük Britaniyadakı səfiri olmuş Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən irəli sürülüb. 101 deputatın iştirak etdiyi səsvermədə 90 parlament üzvü Armen Sarkisyanın lehinə, 10-u isə əleyhinə səs verib.

Qeyd edək ki, Armen Sarkisyanın namizədliyini yanvar ayında sabiq dövlət başçısı və hakim Respublika Partiyasının sədri Serj Sarkisyan irəli sürmüşdü. 2018-ci ilin aprel ayından – Sarkisyanın prezidentlik müddətinin ikinci dövrü bitəndən sonra Ermənistan parlament idarəçiliyi modelinə keçib. Bununla da əsas səlahiyyət baş nazirə verilib.

Belə olan halda  prezidentlik vəzifəsi simvolik xarakter daşıyır. Yeni Konstitusiya prezidentə zərrə qədər də olsa praktiki funksiya ilə təmin etmir.

O, parlamentin spikeri kimi yeni Təhlükəsizlik Şurasının tərkibinə də daxil olmayacaq. Təhlükəsizlik Şurasına baş nazir rəhbərlik edəcək

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button