ArxivXəbər lentiXəbərlər

Əhərin imam cüməsi: Netanyahunun səfəri regionda terror hadisələri yaradacaq

Höccətül-islam Hacızadə: Netanyahunun Azərbaycan Respublikasına səfəri baş tutarsa, regionda sabitsizlik və terror hadisələri yaranacaq.
Qafqaz Mədəniyyət Mərkəzi – Höccətül-islam Hacızadə “Anaj”ın müxbirinə müsahibəsində Netanyahunun Azərbaycan Respublikasına mümkün səfərini pisləyərək deyib: “Ümidvaram ki, Azərbaycan Respublikasının müsəlmanlarının və dövlət rəhbərlərinin qeyrəti bu səfərin baş tutmasına mane olacaq. Çünki belə bir şəxsin Azərbaycana səfər etməsi bu ölkə üçün rüsvaylıqdır”.
Əhərin imam cüməsi əlavə edib: “Netanyahu müsəlmanlar əleyhinə cinayət və xəyanətlərin başında dayanır, onun əli məzlum müsəlmanların qanına bulaşmışdır. Belə bir rüsvayçı səfəri təkcə din deyil, vicdan da qəbul etmir”.
Hacızadə bu səfərin baş tutmasının Azərbaycan Respublikası xalqının təhrik olmasına səbəb olacağını qeyd edərək deyib: “Azərbaycanın dövləti və rəsmiləri öz şəxsi maraqlarına görə xalqın qarşısında dayanmamalıdır”.
İmam cümə müsahibəsinin davamında İranın dövlət məsullarının və xalqının sözü gedən səfərə müxalif olduğunu vurğulayaraq deyib: “Netanyahunun Azərbaycan Respublikasına səfərinin qonşu ölkələr, xüsusilə də İran üçün bir sıra təsirləri vardır. Bu səfər regionda sabitsizlik və terror hadisələrinin yaranmasına səbəb olacaqdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button