ArxivXəbər lentiXəbərlər

Bakıda müəllim günü qeyd olunub

Ayətullah Mürtəza Mütəhhərinin şəhadətinin ildönümü günündə Bakının iranlıların Vəliyi-Əsr(əc) təhsil kompleksində təntənəli mərasim keçirilib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, bu mərasimdə məktəblilər nəğmə və şer oxumaq, yarışlar keçirmək, müəllimlərə gül vermək kimi proqramlarla müəllim gününü qeyd ediblər.

Bu mərasimdə İİR-in Azərbaycandakı səfiri Cavad Cahangirzadə çıxış edərək məktəbliləri yaxşı dərs oxumağa, aydın gələcək üçün proqramlaşdırmalar aparmağa və müəllimlərinin qədrini bilməyə çağıraraq, müəllimləri insanı cəhalətdən xilas edənlər və onları aydınlaşdıranlar adlandırıb.

Mərasimdə təhsil kompleksinin müəllimlərinə mükafatlar təqdim olunub.

Bakının Vəliyi-Əsr(əc) təhsil kompleksində ibtidayi və orta məktəb səviyyəsində 180 iranlı məktəbli təhsil alır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button