ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan MN bəyanat Verdi

Rusiya Müdafiə Nazirliyinin internet səhifəsində Azərbaycan Respublikasının yaşayış məntəqələrinin adları erməni toponimləri ilə qeyd edilir.Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
MN-nın bəyanatında doğru xəritələrin Rusiya MN-ya təqdim olunduğu xatırladılır: “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.
Bəyanatda deyilir ki, bütün bunlara rəğmən Rusiya Federasiyasının Müdafiə Nazirliyinin  kontingentinin rəsmi məlumatlarında Azərbaycan Respublikasının yaşayış məntəqələrinin adları uydurma erməni toponimləri ilə qeyd edilir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmçinin Rusiyanın separatçı ermənilərin iddialarını əsas götürdüyünü və onların tərəfindən çıxış etdiyini qınayıb: “ Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir. Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb”,- bəyanatda deyilir.
MN sonda onu dabildirib ki, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq”, – Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button