ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Azərbaycan İranın narahatlıqlarını aradan qaldırmalıdır”

Ayətullah Ərafi bildirib: “Qarabağ prosesində İran, İslam məntiqinə əsasən Azərbaycan Respublikasının yanında yer aldı. İslam İnqilabının rəhbəri də 17 rəbiül-əvvəl münasibətilə 3 noyabr 2020-ci il tarixli çıxışında İranın mövqeyini elan etdi ki, rəsmi Tehran Azərbaycan dövlətinin Qarabağ üzərində hakimiyyətini müdafiə edir.”

O sonra deyib: “İran xalqı Azərbaycan əhalisi ilə bir sıra mədəni və etiqadi ortaq cəhətlərə malikdir. Azərbaycan xalqının yeri bizim qəlbimizdədir. Lakin, Azərbaycan hökuməti bilməlidir ki, İsrailin regionda olmasına görə narahatıq. Azərbaycan bu nigaranlığa son qoymalıdır. İranın hakimiyyət, iqtidar və mənafeyi hüququna hörmət etməlidir. İcazə verməməlisiniz ki, İsrail və Amerika ərazilərinizdə at oynatsın. İran öz mənafeyini müdafiə edəcək və harada lazım olsa, addım atacaqdır.”

Ayətullah Ərafinin sözlərinə görə, İran İslam Respublikası qonşu və müsəlman ölkələrin hamısı ilə əlaqə qurmağı müsbət qarşılayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button