ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Petrosyan Nikola xəbərdarlıq etdi: Müharibə ola bilər

Müxalif siyasətçinin işlətdiyi bu sözlər çox təhlükəlidir və ölkəni vətəndaş müharibəsinə sürükləyir.

 bu sözləri Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan müxalifətin baş nazir postuna namizəd irəli sürdüyü Vazgen Manukyanın mitinqdə “Paşinyan nə qədər tez istefaya getsə, onun üçün bir o qədər yaxşıdır, əks halda qəzəblənmiş xalq onu parçalayacaq” sözlərini şərh edərkən deyib.

“Əgər bu, sadəcə söz olsaydı, ciddi narahatlıq yaratmazdı. Ancaq Manukyanın tərəfdarları olan və baş nazirin iqamətgahını mühasirəyə alan çoxminlik kütlə açıq şəkildə zorakılığa hazırlıqdan başqa bir şey deyil”, – Petrosyan bildirib.

Keçmiş Prezident Baş nazir Paşinanın mövqeyini də təhlükəli sayıb. Onun sözlərinə görə, Paşinyanın son çıxışı və istefaya getməməklə bağlı ritorikası konfrantasiyaya hazırlığa işarədir:

“Hər ikisinin parlamentə basqın təcrübəsi var – Manukyan 1996-cı ildə, Paşinyan 2018-ci ildə bunu edib. Əgər 2018-ci ildə Respublikaçılar Partiyası (Sərkisyanın partiyası – red.) Paşinyana güzəştə getdisə, Paşinyanın indiki davranışları göstərir ki, o, ən xırda güzəştə də hazır deyil”.

Petrosyan deyib ki, Paşinyan getməlidir, ancaq daxili toqquşmalarla deyil, konstutision mexanimzlərlə.

O, xalqa çağırış da edib və insanları hakimiyyətin və müxalifətin provokasiyalarında iştirakçı olmamağa çağırıb.

Qeyd edək ki, “Vətən müdafiəsi hərəkatı”nda birləşən 16 partiya keçid hökuməti yaratmaq və seçkilərə getmək üçün müvəqqəti hökumətin baş naziri vəzifəsinə V.Manukyanın namizədliyini irəli sürüb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button