Aktual

Azərbaycan “Formalaşmış avtoritar rejimlər” içində

“Freedom House” Azərbaycanı “Formalaşmış avtoritar rejimlər” qrupuna aid edib. “Keçid dövründəki ölkələr – 2013” adlı hesabatda deyilir ki, kütləvi toplaşma, ibadət azadlığı və QHT-lərin sərbəst fəaliyyətini əngəlləyən qanunların qəbulu üzündən Azərbaycan insan haqları və demokratiya quruculuğu yolundan sapıb. 2013-cü ildə Azərbaycan yenə də Formalaşmış Avtoritar Rejimlər qrupuna düşüb.
Bu qrupda Azərbaycanla yanaşı Rusiya, Tacikistan, Qazaxıstan, Belarus, Türkmənistan və Belarus yer alır.
Hesabat müəllifi Silvana Kolazkovska deyib: “Azərbaycan Qafqazdakı qonşularından geri qalır. Azərbaycan artıq iqtiqamətini dəyişib, başqa yolla gedir. Azərbaycanda təkcə 2012-ci ildə yox, 2011-ci ildə də gördüyümüz və indi də davam edən insan haqlarının boğulması bizi heyrətə gətirir”.
“Freedom House” Gürcüstanı insan haqlarının durumuna görə avtoritarizmdən demokratiya keçid dövründə olan hökumətlər siyahısına salıb. Ermənistanda vəziyyət Azərbaycandan yaxşı, Gürcüstandan pisdir və bu ölkə “Formalaşmaqda olan avtoritar rejimlər” qrupundadır (“Azadlıq” r).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button