ArxivXəbər lentiXəbərlər

Britaniya Parlamentində Azərbaycan hakimiyyətinin korrupsiyasından danışıldı

Böyük Britaniya parlamentinin bir qrup üzvlәri- Brake, Flynn, Paul McDonald, Stevart Lucas, Caroline öldürülәn maltalı jurnalistin işinin araşdırılması ilә bağlı xüsusi bir bәyanatla çıxış ediblәr.

Qafqaz.ir- Palata 16 oktyabr 2017-ci ildə avtomobilə yerləşdirilən bomba ilə öldürülən Maltalı araşdırmaçı jurnalist Daphne Caruana Galizia’nın qətlini qınayır; 24 Yanvar 2018-ci ildə qətlindən 100 gün ötdüyü qeyd edir; Malta və Avropada korrupsiyanı ifşa edən cəsarətli hesabatlarını, xüsusilə də Panama Kağızları üzrə işlərini və Azərbaycan höküməti tərəfindən satın alınma hallarını və pulların yuyulmasına dair araşdırmalarını yüksək qiymətləndirir; Malta rəsmilərini onun qətli ilə əlaqəli hərtərəfli, müstəqil və şəffaf araşdırma aparmağa və hücumu planlaşdırmaqda və həyata keçirməkdə məsuliyyət daşıyanların hamısını ədalətə təslim etməyə çağırır; beynəlxalq ictimaiyyəti,
Avropa Şurasında istintaqa nəzarət edən xüsusi məruzəçi təyin etməklə istintaqa tam nəzarəti təmin etməyə çağırır; “Sərhədsiz Reportyorlar” ın məlumatına görə, 2017-ci ildə öldürülən qadın jurnalistlərin sayı 2016-cı ildən iki dəfə artıqdır; korrupsiyaya hallarını ifşa etmək üçün çalışan araşdırmaçı jurnalistlərin qəsdən hədəflənməsi isə daha da narahat edicidir; şəffaf, hesabatlı və demokratik idarəetmədə araşdırmaçı jurnalistikanın kritik rolu vurğulanır; beynəlxalq hüququn həyata keçirilməsi və hər il fəaliyyəti zamanı öldürülən jurnalistlərin sayını azaltmaq üçün BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Xüsusi Nümayəndəsinin yaradılması kampaniyasına dəstək verməyə çağırır.

azadliq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button