ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Müdafiə Xətti”-nin Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı növbəti bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 25 iyul-31 iyul tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 49 saylı bülleteni

26 iyul 2022-ci il. Müsavat Partiyasının üzvü Əlikram Xurşudov qurama ittihamlarla 30 sutka inzibati qaydada həbs edilib. O, ictimai qaydanı pozmada ittiham olunub.

27 iyul 2022-ci il. Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Pünhan Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. İttiham hökmü oxunmazdan öncə Kərimli irəli sürülən ittihamları rədd edərək, siyasi motivlərlə təqib oluduğunu bildirib. Vəkil Cavad Cavadov da Kərimlinin irəli sürülən ittiham üzrə günahına sübutların olmadığını bildirib.

29 iyul 2022-ci il. Siyasi fəal Ruslan İzzətli Baş Prokurorluğa çağırılıb. Bu barədə Ruslan İzzətli “Feysbuk” səhifəsində məlumat yayıb. Ona hərbçilərin problemləri ilə bağlı yazdığına görə xəbərdarlıq edilib: “Baş Prokurorluğa çağırılmağımın əsas səbəbi kimi 26 iyun 2022-ci ildə səhifəmdə hərbçilər və müharibə iştirakçılarının problemləri haqda yazdığım status göstərildi. Bu barədə Prokurorluq rəsmilərilə söhbət etdik, onlar öz fikir və mesajlarını, mən də öz mövqeyimi ifadə etdim. Sonda şifahi xəbərdarlıq etdilər”.

29 iyul 2022-ci il. Siyasi məhbus Samir Aşurova müxalifətçilərin və ailələrinin yayılmış intim görüntülərini göstəriblər və deyiblər ki, “sənin ailən də eyni aqibəti yaşaya bilər”.

29 iyul 2022-ci il. Jurnalist Əvəz Hafizlinin öldürülməsində təqsirli bilinən səxs Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Xüsusi amansızlıqla qətlə yetrilən jurnalistin qatilinin barəsində seçilmiş cəza müddəti adekvat qiymətləndirilmir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmayıb, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button