ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan azad olmayan ölkələr sırasındadır

Qafqaz.ir Turan-a istinadən xəbər veriir ki, “Freedom House” növbəti “Dünyada Azadlıq – 2023” illik hesabatını açıqlayıb.
“Freedom House” ümumilikdə qlobal azadlıqların artıq 17-c ildir davamlı gerilədiyini qeyd edir.
Ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-sının siyasi hüquqlar və mülki azadlıqlar üzrə balı ən aşağı həddə olub. Azərbaycan Cənubi Sudan, Türkmənistan, Suriya, Tacikistan, Əfqanıstan və Belarus, Çin, Myanma, Yəmən kimi ölkələrlə birlikdə bu 16 ölkə sırasında yer alıb.
Son 17 il ərzində hesabatın media azadlığı göstəricisi üzrə 4 baldan 0 bal alan ölkə və ərazilərin sayı 14-dən 33-ə yüksəlib.
Hazırda dünyada şəxsi həyata müdaxilə, təqib və hədə-qorxu, həm onlayn, həm də oflayn rejimdə özünüsenzuraya təşviqlər fonunda ifadə azadlığı hüququnun pozulması hallarının artdığı müşahidə olunur.
Freedom House azadlıq və demokratiyanın ən çox geriləmə ilə üzləşməsinin səbəbləri sırasında isə müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısını göstərir.
Hesabatda Rusiya Prezidenti Vladimir Putinin “avtoritar rejimi”inin Ukraynanın “çətinliklə qazandığı demokratik prosesi boğmaq üçün” 2022-ci ilin fevralında bu ölkəyə müharibəyə başladığı qeyd olunur.
Azərbaycan və Qazaxıstan parlamentləri media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edib, yeni qanunvericilikdə xarici onlayn platformalardan yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək tələb olunur.
Hesabatda demokratikləşmə yolu diqqət mərkəzində olan ölkələr arasında Ermənistan və Türkiyənin də adı çəkilir. “Azərbaycan qüvvələri Ermənistana hücum ediblər və sərhəd boyunca Ermənistanın ərazilərini işğal ediblər, bu da Yerevanda demokratik hökumət üçün təhdid təşkil edir və genişmiqyaslı müharibə riskini artırır”, deyə hesabatda bildirilir.
Qeyd edək ki, rəsmi Bakı bu hesabata hələ ki, münasibət bildirməyib. Ənənəvi olaraq hakimiyyət Azərbaycanda fundamental azadlıqların, o cümlədən söz və mətbuat, birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Ölkədə siyasi motivli həbslərin olmadığı, fərdlərin konkret ittihamlarla mühakimə olunaraq həbs edildiyi bildirilir. Bundan əlavə işgəncə və qeyti-insani rəftar barədə məlumatları da hüquq-mühafizə orqanları bir qayda olaraq qəbul etmir və qərəzli sayır.
Ermənistanla münaqişəyə gəlincə, hökumət sülh sazişi imzalamağa hazır olduğunu, Ermənistanın bu prosesi yubatdığını bildirir. Buna görə rəsmi Bakı beynəlxalq təşkilatların hesabatlarını qeyri-obyektiv və qərəzli adlandırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button