ArxivXəbər lentiXəbərlər

Qərb Rusiyanın qonşuluğunda çevriliş planlaşdırır, sırada Azərbaycan da var

Qərb Rusiyanı daha da zəiflətmək üçün ona qonşu ölkələrdə dövlət çevrilişləri seriyası hazırlayır və sırada Azərbaycan da var.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion fikirlərlə rusiyalı ekspertlər “Svobodnaya pressa”da çıxış ediblər.

Bildirilir ki, ABŞ Ukraynada 2014-cü ildə həyata keçirilmiş çevrilişlər kifayətlənmək niyyətində deyil və Rusiyaya qonşu digər ölkələrdə də siyasi rejimləri dəyişdirməyə çalışacaq.

“2015-ci ildə yeni “narıncı” inqilablar gözləmək olar. Prinsipcə yeni heç nə yoxdur, dövlət çevrilişlərinin bütün texnologiyası köhnədir, təkcə ayrı-ayrı metodikalar modernləşdirilir. Bu da hakimiyyətdə kimin olmasından, əhalinin onu nə dərəcədə dəstəkləməsindən və hansı alətlərə malik olmasından asılıdır” – deyə “Geopolitika” jurnalının baş redaktoru Leonid Savin bildirir.

Onun fikrincə, 2015-ci ildə Qərb çox güman ki, Ermənistandakı vəziyyəti qarışdıracaq. Vəziyyətin qarışa biləcəyi ölkələr sırasına Azərbaycanı da daxil etmək olar, çünki L.Savinin qənaətinə görə, Bakının Vaşinqtonla və Qərbi Avropa ilə münasibətləri pisləşir.

“İlham Əliyev balanslı siyasət aparmağa çalışır, ancaq aydındır ki, Qərb bütün mümkün yollarla onun hakimiyyətini devirməyə çalışacaq”- baş redaktor bildirib.

Həmçinin Tacikistana təzyiqlərin artması gözlənilir, çünki bu ölkəni Avrasiya İttifaqında gözləyirlər. Eyni təxmini Qazaxıstan və Qırğızıstan haqda da demək olar.

L.Savinin sözlərinə görə, Qərbin hədəfində Serbiya və Çernoqoriya, habelə Belarus və Moldova da yer ala bilər.

Onun fikrincə, dövlətlər bu çevriliş cəhdlərinin qarşısını almaq üçün  mümkün təxribat ocaqlarını aşkara çıxarmalıdır. Həmçinin media məkanına nəzarət etmək, diplomatik missiyaların, xüsusən də ABŞ səfirliyinin nə işlə məşğul olduğunu izləmək lazımdır.

L.Savin ATƏT missiyalarının da fəaliyyətinin nəzarət altında saxlanılmalı olduğunu deyib. Baş redaktorun sözlərina görə, digər Qərb qeyri-hökumət təşkilatlarının fəaliyyətini də izləmək lazımdır. Çevriliş cəhdlərinin qarşısını almaq üçün vətəndaş cəmiyyəti ilə dövlət əlbir hərəkət etməli, cəmiyyətdə parçalanma meyllərinin qarşısı alınmalıdır.

Rusiyanın Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sokolov isə hesab edir ki, əsas zərbə qonşu ölkələrə deyil, Rusiyaya istiqamətlənəcək. O, Rusiyanın hazırda bir neçə istiqamətdən atəş altında olduğunu,  bütün transmilli qüvvələrin Rusiyanı zəiflətmək üçün hərəkətə keçdiyini bildirib.

K.Sokolovun fikrincə, bu il Mərkəzi Asiya ölkələrində situasiya qeyri-sabit ola bilər. Ancaq Qərb üçün bu ancaq ona görə lazımdır ki, qeyri-stabillik dalğası Rusiyaya da yayılsın.

“Onlar öz-özlüyündə əsas hədəf deyil, əsas hədəf Rusiyadır” – deyə ekspert bildirib.

Virtualaz.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button