ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanda pomidor kəskin bahalaşıb

Ekspertlərin sözlərinə görə, hazırda sahibkarın işçi, logistika və digər xərcləri əvvəlki illərin xərcləri ilə eyni deyil. İnflyasiya səviyyəsi istixana sahiblərinə də təsir göstərir.
Sputnik. Azərbaycanın pomidor ixracı azalıb, ölkə daxilində bu məhsulun qiyməti bahalaşıb. Həm dəyər, həm də həcm baxımından pomidor ixracında azalma müşahidə edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin yanvar-fevral aylarında 19 milyon dollar dəyərində 15,5 min ton pomidor ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 24 faiz, dəyər baxımından isə 22,1 faiz azdır. Keçən ilin yanvar-fevral aylarında Azərbaycandan 24,5 milyon dollar dəyərində 20,3 min ton pomidor ixrac edilmişdi.
Qeyd edək ki, Azərbaycanda pomidorun qiymətində bahalaşma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, fevral ayında istixanalarda yetişdirilən pomidorun 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 3,90 manat olub. Bu, yanvar ayı ilə müqayisədə 18,18 faiz bahalaşma deməkdir. Yanvarda istixanalarda yetişdirilən pomidorun 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 3,30 manat idi.
Hazırda isə marketlərdə, məsələn, Zirə pomidorunun 1 kq qiyməti təxminən 5,30-6 manatdır.
qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button