ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda koronavirusa yoluxanlarda 10 faizlik ölümün sirri…

Son həftələr Azərbaycanda koronavirusdan ölüm halları ilə bağlı xoş olmayan bir məqam özünü göstərməkdədir. Rəsmi statistikaya görə, yoluxmaların sayı az olsa da, yoluxanlar arasında ölüm 10 faizə çatır.
Mayın 3-ə olan rəsmi statistikaya görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan beş nəfərin isə vəfat etdiyi bildirilir. Mayın 2-də də infeksiyaya yoluxanların sayının 28, bu virusa yoluxanlardan isə üçünün öldüyü açıqlanıb. Bu qəribə statistika aprelin sonlarından davam etməkdədir.
Dünya üzrə 1-2 faiz
Dünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, mayın 2-də dünyada 133 min 693 nəfər COVID-ə yoluxub, bu virusa yoluxanlardan 2 min 970 nəfər vəfat edib. Mayın 3-də isə 128 min 878 nəfərin həmin virusa yoluxduğu, 1 min 57 nəfərin də öldüyü bildirilir. Demək, Azərbaycandan fərqli olaraq dünyada bu virusa yoluxanlar arasında ölüm 1-2 faiz civarındadır.
M.İbrahimqızıM.İbrahimqızı
“Azacıq da olsa, həyəcanvericidir”
Dəfələrlə cəhd edilsə də, bu ziddiyyətə Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan”a bildirib ki, son günlər koronavirusa yoluxanlarla müqayisədə həmin infeksiyadan vəfat edənlərin sayı həqiqətən çoxdur: “Bu, artıq azacıq da olsa, həyəcanvericidir. Pandemiya dövründə biz şahidi olmuşuq ki, əsas ölüm faizini verən ağır, xroniki xəstəlikləri olanlar, immun sistemi zəif olanlar və 65 yaşdan yuxarı şəxslərdir. Hazırda koronavirusdan vəfat edənlər bu kateqoriyalara aid deyilsə, bu, artıq düşündürücüdür”.
Deputatın vurğulamasına görə, pandemiyanın bitməsi rəsmi elan olunmayıbsa da, qadağaların, demək olar ki, hamısı ləğv olunub və insanlarda arxayınçılıq yaranıb: “Hərdən baxırsan ki, insanlar xəstəliyini ağır, atipik formada keçirir, amma həkimə müraciət etmir”.
Azadlıq radiosu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button