ArxivXəbər lentiXəbərlər

“Günəşli” faciəsi ilə bağlı obyektiv hüquqi təhqiqata ehtiyacı var

“Günəşli” faciəsi ilə bağlı dərin təəssüfümüzü izhar edir, həlak olanlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr, yaralılara şəfa diləyirik. Azərbaycanımızın başı sağ olsun”

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli “Günəşli” neft yatağında baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlü başsağlığını ünvanlayıb. Bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

R. Əhmədli bildirib ki: “10-cu dərin dəniz özülündə qaz sızması nəticəsində yaranmış yanğın, eləcə də hava durumunun kəskinliyi ilə müşayiət olunan qəza əsl fəlakətdir və hər bir azərbaycanlı kimi, belə irimiqyaslı tələfat kontekstində çoxsaylı itkilərdən hədsiz üzülürük.

Məsələnin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb, ölənlərin xatirəsinə ehtiram əlaməti kimi bir günlük matəm elan olunub, müvafiq məmurlar operativ qərargahdan vaxtaşırı nağılvari şərhlər yayırlar və sair.

Lakin materialların keyfiyyəti, iş şəraiti, xilasetmə tədbirlərinin təşkili, cavabdeh strukturların və şəxslərin fəaliyyəti barədə hadisə şahidlərinin söylədikləri tamam başqa mətləblərin üzərinə işıq salır ki, obyektiv hüquqi təhqiqata ehtiyacı var. Hər şeydən öncə neftçilərin nə üçün tufanlı havada saatlarla xilasedici rezin qayıqların içərisində estakadadan asılı vəziyyətdə qalmaları, onlara çevik şəkildə zəruri kömək göstərilməməsi ciddi araşdırılmalıdır.

Bir daha “Günəşli” faciəsi ilə bağlı dərin təəssüfümüzü izhar edir, ümumxalq kədərini bölüşür, həlak olanlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr, yaralılara şəfa diləyirik. Azərbaycanımızın başı sağ olsun”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button