ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan vətəndaşları zorla müharibəyə göndərilir?

Sentyabrın 16-dan etibarən Azərbaycan Respublikasının bir sıra hökumətyönlü KİV-ləri Çeçenistanda beş Azərbaycan vətəndaşının saxlanıldığı və Ukraynaya müharibəyə göndərildiyi haqqında məlumatlar dərc edir.

Turan Agentliyi Azərbaycan XİN-ə bu barədə göndərdiyi sorğunun cavabsız qaldığını bildirib. RF-nın Bakıdakı Səfirliyi də susur.

APA Moskva müxbirinə diplomatik mənbələrdən verilən məlumata istinad edərək bildirib ki, Rəsmi Bakı Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Bildirilib ki, notada miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovdan söhbət gedir.

“Qafqazinfo” hazırda Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb. Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib:

Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Biz rədd etdik.Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər.” – Vüqar Məhərrəmov danışıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button