ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycan və İsrail arasında aviareys açılır

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov işğal olunmuş Fələstinə səfərdə üzdəniraq diaspor aktivisti- Şakir Əhmədovla görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, bu görüşdə işğal olunmuş Fələstindəki azərbaycanlı diasporun fəaliyyəti, onun ikinci Qarabağ savaşında Azərbaycan Respublikası ilə üzdəniraq həmrəyliyi, rasist və sionist İsrail rejimi ilə dostluq və gələcək fəaliyyətlərin perspektivləri barədə söhbət edilib.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Təl-Əviv-Bakı hava daşınmalarını həyata keçirmələri barədə «Arkia Airlines» və «İsrail Airlines» adlı iki sionist şirkətə lisenziya verib.

«Arkia Airlines» şirkəti avqustun on beşindən etibarən, həftədə iki dəfə- cümə axşamı və bazar günlərində Bakı və Təl-Əviv hava limanları arasında ikitərəfli uçuşlar həyata keçirəcək.

Avqustun on üçündə də sionist rejimin Bakıdakı səfiri Corc Dik Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvanın məsul şəxsləri ilə görüşüb, oradakı muzeylərə, həmçinin tarixi və dini məkanlara baş çəkən sionist səfir bu səfərdə Naxçıvanda istehsal olunan məhsulların işğal olunmuş Fələstinə ixracı, alternativ enerji istehsalı, su ehtiyatlarının idarə olunması və turizm örtükləri altında sionist rejimin Naxçıvanda iştirakı və nüfuzunun genişləndirilməsi üzrə plan və tamahkarlıqlarını araşdırıb. Qüdsü işğal etmiş rejimin səfiri vurğulayıb ki, Naxçıvanda istehsal olunan məhsullar üzdəniraq «İsrail» adlandırılan işğal olunmuş Fələstinə ixrac edilmək imkanına malikdir!

Belə bir halda, sionist rejimin Azərbaycan Respublikası hakimiyyətindəki məsləhətçisi Arye Qut da «Cuyiş Nyus» ilə müsahibədə vurğulayıb ki, Təl-Əviv-Bakı əlaqələrinin inkişafında yeni mühüm mərhələ başlanıb. O, bildirib ki, işğal olunmuş Fələstində Azərbaycan Respublikasının ticarət və turizm nümayəndəliklərinin açılması qəsb olunmuş Fələstində səfirliyin açılması istiqamətində Bakının atdığı ilk addım olub.

Qut bu müsahibədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin «yəhudilər Azərbaycan Respublikasının istimai-siyasi həyatında mühüm rola malikdirlər» təkidlərini vurğulayaraq, diqqətə çəkib. O, ikinci Qarabağ müharibəsində istifadə olunmuş sionist rejim silahlarının adlarını sadalayaraq, Azərbaycan Respublikasını sionist İsrail rejimə borclu tərəf kimi təqdim və Azərbaycan Respublikası ilə Ermənistanın düşmənçiliyinə olduqca və son dərəcə təkid edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button